Balakəndə mağazalardan oğurluq edən şəxslər saxlanılıb (FOTO)
09:46 19.04.2020
Hadisə
640
Balakən Rayon Polis Şöbəsinə ayrı-ayrı vaxtlarda rayonun Talalar və Sarıbulaq kəndlərində yerləşən mağazalardan ümumi dəyəri 3500 manat olan müxtəlif ərzaq məhsullarının, siqaret və spirtli içkilərin oğurlanması barədə müraciətlər daxil olub.
Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sherg.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törədən şəxslər müəyyən edilib. Onların Balakən rayonu Talalar kənd sakinləri, əvvəllər də məhkum olunmuşlar - 24 yaşlı Tofiq Hacıyev , 27 yaşlı Turan Şindiyev və Qazma kənd sakini Murad Əhmədov olduqları məlum olub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Araşdırma zamanı həmin şəxslər oğurladıqları siqaret və spirtli içkiləri Tofiq Hacıyevin dostu, rayonun Talalar kənd sakini Tural Zohorovun yaşadığı evdə gizlətdikləri müəyyən olunub.
Keçirilmiş tədbirləri davamı olaraq T.Zohorovun da yaşadığı evə baxış keçirilib. Baxış zamanı evdən yuxarıda adları qeyd olunan şəxslər tərəfindən oğurlanan müxtəlif markalı siqaretlər və və dibçəkdə kultivasiya yolu ilə yetişdirilən 3 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək maddi sübut kimi götürülüb. Tural Zohorov da şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağla Balakən RPŞ-də araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət