Balakəndə narkotacir snayper tüfəngi ilə tutuldu - FOTO
Yusif Nəzərli
09:14 01.02.2023
Hadisə
464
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 5 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, onlardan ümumi çəkisi 3 kiloqrama yaxın heroin və marixuana, eləcə də odlu silah aşkar edilib. Həmin şəxslərdən birinin pul müqabilində İran vətəndaşına narkokuryerlik etdiyi müəyyən olunub.
Keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Qullar kənd sakini Vüqar Ağcayev tutulub. Şəxsi axtarış zamanı ondan külli miqdarda - 2 kiloqram 230 qram heroin aşkarlanıb. Araşdırma zamanı Vüqar Ağcayevin “WhatsApp” sosial şəbəkəsində İran vətəndaşı ilə əlaqə yaradaraq ona narkokuryerlik etdiyi məlum olub. Sonuncu dəfə isə saxlanılan şəxs 2000 manat qarşılığında həmin narkotiki Balakəndən paytaxta aparmaq istəyərkən polis əməkdaşları tərəfindən yaxalanıb.
Şöbənin Qabaqçöl Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə yaşadığı ünvanda odlu silah-sursat və narkotik vasitə gizlətməkdə şübhəli bilinən Ruslan Məmmədov saxlanılıb. Onun üzərindən, eləcə də evindən 110 qram marixuana, snayper tüfəngi və həmin silaha məxsus patronlar aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı isə daha 3 nəfər - Mətin Məmmədov, Həmid Göylərov və Murad Bayoqluyev tutulub. Onların hər üçündən marixuana aşkarlanaraq istintaqa təqdim olunub. Araşdırma zamanı Mətin Məmmədovun üzərindən aşkarlanan narkotik vasitəni Həmid Göylərovdan, Həmid Göylərovun isə Murad Bayoqluyevdən aldığı məlum olub.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanvar ayı ərzində keçirilən əməliyyatlar nəticəsində isə ümumilikdə narkotiklərin satışı, saxlanılması və kultivasiyası ilə məşğul olan 25 nəfər saxlanılıb, 16 kiloqrama yaxın müxtəlif növ narkotik dövriyyədən çıxarılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi