Biləsuvarda 17 yaşlı gənc həmkəndlisini bıçaqladı

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın cənub bürosu xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.
2008-ci il təvəllüdlü kənd sakini Kənan Abuzərli 1966-cı il təvəllüdlü həmkəndlisi Azər Babayevi bıçaqlayıb.
Bədəninin müxtəlif nahiyələrindən xəsarət alan A. Babayev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub. Həkimlərin bildirdiyinə görə, hazırda vəziyyəti qənaətbəxşdir.
İlkin məlumata əsasən, hadisə ailədaxili münaqişə zəminində baş verib. Qeyd olunur ki, yeniyetmənin bacısı xəsarət yetirilən şəxsin gəlinidir.
Faktla bağlı araşdırma aparılır.