DƏHŞƏT ! - 16 yaşlı qızı dörd oğlan zorlayıb, yol kənarına atıb - DİN hərəkətdə !
10:29 03.04.2021
Hadisə
1701
Sosial şəbəkələrdə Neftçala rayon Mirqurbanlı kəndində azyaşlı qızın zorlanması ilə bağlı məlumatlar paylaşılıb.
Oxu.Az xəbər verir ki, Vəfa Nağı adlı sosial şəbəkə istifadəçisinin paylaşdığı məlumatda atası ruhi xəstə olan 9-cu sinif şagirdinin (qızın anası yoxdur) üç-dörd oğlan tərəfindən zorlanıb, kənddə yolun kənarına atıldığı iddia edilib.
Bundan başqa, Mirqurbanlı kəndində digər bənzər hadisənin 12-13 yaşlı uşağın başına gəldiyi iddia edilir. Məlumata görə, evdə kimsəsiz olan uşaq yaxınlıqda yaşayan 32 yaşlı kişi tərəfindən zorakılığa məruz qalıb. Uşaq qışqırmağa başlayanda onun səsinə qonşular gəlib. Oğlan polisə aparılsa da sərbəst buraxılıb.
Daxili İşlər Nazirliyindən (DİN) isə Vəfa Nağının Neftçala rayonunda iki azyaşlı qızın təcavüzə məruz qalması haqda paylaşdığı məlumatla bağlı araşdırmalara başladığı bildirilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov məlumat verib.
Onun sözlərinə görə, Neftçala rayonunun Günəşli kənd sakini N.M. Polis Şöbəsinə və DİN-in 102-Zəng Mərkəzinə qonşuluqda yaşayan oğlanın onun 11 yaşlı qızını döyməsi və ona qarşı əxlaqsız hərəkətlər etməsi barədə şikayət edib:
“Şikayət əsasında dərhal oğlan saxlanılaraq Polis Şöbəsinə gətirilib və izahatı alınıb. Lakin o, izahatında qıza qarşı heç bir zorakılıq hərəkətləri etmədiyini, yalnız döydüyünü qeyd edib. Buna baxmayaraq, vətəndaşın müraciəti Rayon Polis Şöbəsində araşdırılıb və toplanmış materiallarla birgə rayon prokurorluğuna göndərilib”.
V.Nağının iddia etdiyi ikinci məlumata münasibət bildirən DİN əməkdaşı bu barədə Rayon polis Şöbəsinə heç bir şikayətin daxil olmadığını bildirib:
“Amma buna baxmayaraq həmin iddia əsasında da hazırda araşdırma aparılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT Rusiya-Ukrayna danışıqları ilə bağlı səyləri dəstəkləyib
01:44 07.09.2026
Gündəm
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə