Dəhşətli anlar yaşandı: 4 aylıq körpənin boğazına bıçaq dirəyib qaçırdı...
- FOTOLAR
17:34 03.05.2020
Hadisə
1407
Antaliyanın Manavgat bölgəsində mübahisə etdiyi R.A.Ç.-nı döyən E.Ş. (27) 4 aylıq körpəni qaçırmağa çalışıb.
Qısa müddətdə polisin mühasirəyə aldığı E.Ş. körpəsinin boğazına bıçaq dirəyərək öldürəcəyi ilə hədələdi. Polisin xəbərdarlığına baxmayaraq körpəni verməyən E.Ş. tapança ilə ayağından vurularaq zərərsizləşdirilib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə bu gün saat 14:30 radələrində Manavgatın Aşağı Pazarcı məhələsində baş verib. E.Ş., uşağını görmək üçün 1054-cü küçədə nigahsız yaşadığı R.A.Ç. (19) evinə gəlib. E.Ş., zorla 4 aylıq körpə uşağı R.A.Ç-nin qucağından alıb. Sonra körpəsi ilə uzaqlaşmağa çalışan E: Ş., hadisənin şahidi olan məhəllə sakinlərinin xəbəri üzərinə gələn polislər tərəfindən dayandırıldı.
Polis işçilərinin körpəni buraxması barədə xəbərdarlığına cavab verən E.Ş. körpənin boğazına bıçaq dirəyərək, "Nə danışırsınız?" deyərək uzaqlaşmağa başladı. Əlindəki bıçağı silkələyən şübhəli evdən təxminən 1 kilometr aralıda Yunus Parkına qaçıb. Polisin xəbərdarlıqlarına baxmayaraq, şübhəli E.Ş. "bu uşağı kəsərəm" deyərək təhdidlərini davam etdirdi.
Polisin bütün xəbərdarlıqlarına baxmayaraq uşağı təslim etmək istəməyən E.Ş. yıxılıb və bu zaman polis onun ayağına atəş açıb. Polis əməkdaşları tərəfindən zərərsizləşdirilən E.Ş.-nin qucağında olan körpə götürülüb.
4 aylıq körpə heç bir ziyan görmədən anası R.A.Ç.-yə təslim edilib, yaralanan və çox sayda cinayət sənədləri olduğu təyin olunan şübhəli E.Ş., isə müalicə üçün Manavgat xəstəxanasına aparılıb.
Hadisə ilə əlaqədar istintaq davam edir.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət