Dəm qazından boğularaq vəfat edən polislərin fotoları - YENİLƏNİB + FOTO/VİDEO
Yusif Nəzərli
19:24 09.01.2023
Hadisə
441
Siyəzəndə dəm qazından dünyasını dəyişən polis əməkdaşları bu gün Sumqayıtda və Binəqədi rayonunda dəfn edilib.
Bizim.media xəbər verir ki, Siyəzən rayon polis şöbəsinin sahə polis rəisləri, 36 yaşlı Faiq İskəndərov və 35 yaşlı Elmir Əsgərovun meyiti Bakıda mərkəzi tibbi ekspertizadan sonra ailələrinə təhvil verilib və onlar son mənzilə yola salınıblar.
Qeyd edək ki, polis leytenantları yanvarın 8-dən 9-a keçən gecə Siyəzən şəhərində kirayədə yaşadıqları evdə dəm qazından boğulub ölüblər.
Onlar bu gün səhər Siyəzən polis şöbəsində keçirilən sıra baxışına gəlmədikləri üçün onlara zəng olunub. Cavab vermədikləri təqdirdə hasardan keçməklə içəri daxil olan iş yoldaşları onları ölü vəziyyətdə görüb.
Hadisəyə evdəki qaz peçinin borusunun külək nəticəsində üstünün açılması və təbii qazın içəri daxil olması nəticəsində baş verdiyi ehtimal edilir.
Siyəzən rayon prokurorluğunda araşdırma gedir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi