Dörd uşaq anasının intiharının təfərrüatı: “Günayı ət maşını ilə döyüb öldürüb, sonra asıblar” - FOTO
05:31 17.03.2020
Hadisə
641
Bir neçə gün əvvəl intihar etdiyi bildirilən 4 uşaq anası, 29 yaşlı Günay Şəmilovanın ailəsi hüquq-mühafizə orqanlarının bu işlə bağlı fəaliyyətindən narazıdır.
“Qafqazinfo”ya müraciət edən G.Şəmilovanın atası Sahib Quliyev bildirib ki, qızına əri Etibar Şəmilov, qayınatası Mətləb Şəmilov və qayınanası Sədaqət Şəmilova dəfələrlə işgəncə verərək döyüblər:
“Bu barədə bir neçə dəfə yerli polis şöbəsinə ərizə yazmışam, Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzi ilə əlaqə saxlamışam. Amma qızım ölmədən əvvəl polis bu şikayətlərlə bağlı heç bir addım atmadı, bizimlə maraqlanmadı”.
S.Quliyev iddia edib ki, istintaq da düzgün aparılmır:
“Mənim qızım intihar etməyib. Onu səhər tezdən əri, qayınatası və qayınanası dəmir boru və ət maşını ilə döyüblər, saçından tutub yerdə sürüyüblər. Bədənindəki izlər də sürüyəndə yaranıb. Günayı səhər saatlarında döyə-döyə öldürüblər, axşamüstü isə özləri asıb, sonra bizə deyiblər. Mənə zəng edən kimi onlara getdim, amma qızımın bədəni buz kimi idi, çox soyuq idi. Təzəlikcə ölən adamın bədəni elə soyuq olmur, onu çoxdan öldürmüşdülər. Heç bir ana 7 aylıq uşağını yerə qoyub, özünü asmaz. Mən onu ermənilərin içindən xilas edib qucağımda gətirdim, amma burada onu ermənilərin edə biləcəyindən də pis vəziyyətə saldılar. Ekspertizada gördüm ki, qızımın bədəninin hər yeri xəsarət idi. Səhəri gün rayon prokurorunun qəbuluna getdim, o məni təhqir edib dedi ki, qızını sən özün bu vəziyyətə qoymusan. Xahiş edirəm, bu məsələ hüquq-mühafizə orqanları rəhbərliyinin nəzarətinə götürülsün, ciddi araşdırılsın və ədalətli qərar verilsin”.
Hadisə ilə bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb, G.Şəmilovanın əri Etibar Şəmilov bu maddə ilə ittiham edilərək məhkəmənin qərarı ilə həbs edilib. Lakin qızın ailəsi onun qəsdən adam öldürmə maddəsi ilə ittiham edilməsini tələb edir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, G.Şəmilovanın ailəsi onun döyülməsi ilə bağlı hələ 2019-cu il dekabrın 20-də Ağcabədi rayon polis şöbəsinə müraciət edib: “Təhqiqat bölməsində araşdırma aparılıb. Dekabrın 27-də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, tərəflər arasında barışıq əldə olunub”.
Sahib Quliyev iddialarını əsaslandırmaq üçün redaksiyamıza qızının işgəncəyə məruz qalmasının sübutu kimi fotolar da göndərib
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat