
Ekspert: Metrolarda təhlükəsizlik qapıları quraşdırılmalıdır
11:30 04.06.2024
Hadisə
575
İyunun 2-də metronun "28 May" stansiyasında qatarın yoluna düşən sərnişin ölüb.
Onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunub. Hadisə ilə əlaqədar xətlərdə yubanma olub.
Oxşar hadisələr Bakı metrosunda zaman-zaman baş verir. Hər bir hadisənin müxtəlif səbəbləri olur.
Bəs çıxış yolları nədir? Səbəblərin fərqliliyinə baxmadan bu tip hadisələrin qarşısını almaq üçün nəsə etmək mümkündürmü?
Kiçik araşdırma kifayət edir ki, "platforma təhlükəsizlik qapısı" praktikasına rast gələk. Dünyanın bir neçə ölkəsində bu cür şüşə arakəsmələrdən istifadə edilir. Sərnişinlər daxil olarkən sadəcə qatarın qapı hissəsi açılır və qəza riski yoxdur.
Bəs bu praktikanı ölkəmizdə reallaşdırmaq üçün nə çatmır?
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov mövzu ilə bağlı Bizim.media-ya açıqlama verib.
O bildirib ki, platforma təhlükəsizlik qapısının növlərindən asılı olmayaraq, bu mövzu araşdırılıb:
"Mövzunun tərkibini təşkil edən çoxsaylı məsələ var. Birincisi, Bakı metropoliteninin stansiyaları inşa olunarkən konstruksiyasında platforma qapılarının quraşdırılması nəzərdə tutulmayıb. "28 May" stansiyasında apardığımız araşdırmanın nəticəsindən də o qənaətə gəldik ki, sözügedən stansiyanın alt hissəsindən başlayaraq konstruktiv gücləndirmə işləri aparılmalıdır.
Bu, kifayət qədər böyük həcmdə işlərin aparılmasını tələb edir.
Təkcə platformanın gücləndirilməsi deyil, həmin sistemlərin quraşdırılması üçün digər stansiya və tunellərin infrastrukturuna aid olan məsələlər də gündəmə gəlir. Şərti olaraq bir neçəsini deyə bilərəm. Qatarların hərəkətindən formalaşan hava axınının tənzimlənməsi, havalandırma sistemlərinin yönləndirilməsi və tənzimlənməsini qeyd edə bilərik.
Platforma təhlükəsizlik qapıları sinxron formada ziddiyyət yaratmasın deyə Bakı metropoliteninin bütün qatarlarında və stansiyalarında quraşdırılmalıdır. Bu da təbii ki, kifayət qədər böyük maliyyə vəsaiti və texniki işlərin aparılmasını tələb edir.
Platforma qapılarının quraşdırılması stansiyalarda sərnişin axınının və digər sərnişindaşıma prinsiplərinə daxil olan məsələlərin fərqli tənzimlənməsini tələb edəcək".
O əlavə edib ki, Bakı metrosunda platforma qapılarından da labüd məsələ var:
"Bu, xətlərin ayrılması layihəsidir. "28 May" stansiyasında sıxlıq ona görə yarandı ki, xətlər birləşir. Hər xətt müstəqil fəaliyyət göstərərsə, tənzimləmələrin digər növlərinə keçmək olar.
Xətlərin ayrılması sərnişinlərin paylanmasını və onların mövcud xətlər üzrə hərəkətini tamamilə fərqli formada təşkil edəcək. Bu məsələ özlüyündə nə qədər qlobal məsələni qaldırır. Sərnişin təhlükəsizliyi metropoliten üçün bir nömrəli vəzifə olduğundan məsələ təkcə platforma qapısını quraşdırmaq deyil, bütün məsələlərin təhlükəsizlik prizmasından sistemli və kompleks formada baxılmasını tələb edir".
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a bildirib ki, metrostansiyalarda təhlükəsizlik qapılarının qoyulması metronun inşasına başlamamışdan əvvəl olan layihədə nəzərdə tutulan prosesdir:

“Bu proses layihə zamanı infrastruktur nəzərə alınmaqla həyata keçirilməlidir. Lakin daha sonradan da təhlükəsizlik qapılarının qoyulmasına görə dünya təcrübəsində bir sıra nümunələr var. Ancaq bu mürəkkəb prosesdir. Yəni 1-2 günə quraşdırılan sadə bir proses deyil. Təhlükəsizlik qapılarının olması insanların ehtiyatsızlıqdan qatar reysinin üzərinə düşməsini, xəsarət almasını və həyatını itirməsi kimi halların baş verməsini azaldır. Bu təhlükəsizlik baxımından məqsədəuyğun tədbirlər planının bir hissəsidir. Digər tərəfdən metrostansiyasının içərisində nəzərdə tutulmuş təhlükəsizlik xəttlərinin keçilməməsi ilə bağlı kifayət qədər təhlükəsizlik təlimatları var. İnsanlar bu təlimatlara diqqət etməlidirlər. Lakin ani ehtiyatsızlıq və yaxud da bir insanın digərinə toxunması nəticəsində reysin üzərinə yıxılmaq da mümkündür. Ona görə də metrolarda təhlükəsizlik qapılarının quraşdırılması daha yaxşı olar. Təhlükəsizlik qapılarının quraşdırılması ilə bağlı layihə hazırlanaraq bütün metrostansiyalarda tətbiq etmək isə geniş prosesdir.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
11:10 27.08.2026
Dünya
"Sabah"ın Çempionlar Liqasından qazancı 20 milyon avronu keçdi
10:57 27.08.2026
Futbol
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
10:21 27.08.2026
Ekologiya
FHN-dən güclü külək və yağışla bağlı XƏBƏRDARLIQ
09:51 27.08.2026
Ekologiya
Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
09:48 27.08.2026
Hadisə
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
09:39 27.08.2026
Cəmiyyət
Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
09:37 27.08.2026
Elm və Təhsil
Nigar Fərhad saxlanılıb
09:26 27.08.2026
Hadisə
Köçəryan iki ay müddətinə həbs edilib
08:57 27.08.2026
Region
Britninin oğlu reklam siması oldu -FOTO
08:40 27.08.2026
Şou
Livan prezidenti strateji yüksəkliklərin orduya verilməsinə çalışır
08:08 27.08.2026
Dünya
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
07:37 27.08.2026
Sağlamlıq
Azərbaycanda bu ad cəmi 3 uşağa verildi
06:26 27.08.2026
Sosial
Soyuducunu təmizləyərkən bu səhvə yol verməyin
04:24 27.08.2026
Maraqlı
Bakıda böyüyən türk aktrisanın toyu oldu
03:51 27.08.2026
Şou