Ən qəddar qadın qatilləri: 650-dək insan öldürüb
07:22 06.04.2021
Hadisə
745
Tarix boyu çoxlu sayda qəddar, qaniçən insanlar olub. Təəssüf ki, belələrinin içərisində qadınlar da olub və qarşı cinslərdən öz əməllərinə görə heç də geri qalmayıblar. "Şərq" olaraq bu gün onlardan ən çox adı çəkilən 9 qadını təqdim edirik.
Qrafina Batori: 17-ci əsrdə Macarıstanda 650-dək adamı qətlə yetirmişdir. Erjebet Batori Şərqi Avropanın ən hörmətli sülaləsinin nümayəndəsi olmaqla yanaşı tarixdə, qatillərin şahzadəsi də sayılıb. Ərini itirdikdən sonra, gənc qrafiniya gənc qızlara əzab verməklə əylənirdi. O, əzab verir, öldürür və hətta qızların qanından vanna qəbul edirdi. Deyilənə görə, ailənin kişilərindən biri Qrafiniyanı cinayət üstündə yaxalamış və aydın olmuşdur ki, o, 650-dək gənc qızı belə qətlə yetirmişdir. Cinayətin üstü açıldıqdan sonra Qrafiniyanı şəxsi sarayının zirzəmisində divara hörmüşlər.
Williamina Minnie Dean: Pullu dayə xidməti göstərən Minnie Dean uşaqlara baxmaq əvəzinə, onları öldürürmüş. Götürülən uşaqlar qeydiyyata düşmədiyi üçün Minnie Deanın bu cinayətlərini uzun müddət heç kim bilməyib. Məlumatlara görə, Minnie Dean 3 uşaq öldürübmüş. Lakin bəzi mənbələrdə bildirilir ki, onun öldürdüyü uşaqların sayı daha çoxdur.
Dorothea Puente: Qonaq evi işlədən Dorothea orada qalan müştəriləri səssiz şəkildə öldürüb, daha sonra onların imzalarını təqlid edərək, pullarından istifadə edirmiş.
Belle Guinness: O pula çox həris olub. Məlumatlara görə, 10 il ərzində 20-dən çox insanı öldürüb. Rəsmi olmayan iddialara görə, öldürdüyü insanların sayı 100-dən çox olub. Əvvəlcə evlənmək üçün qəzetlərə elan verir, evləndikdən sonra diqqəti üzərinə çəkməmək üçün bir az gözləyir və sonra ərlərini başlarına vurduğu sərt bir zərbə ilə öldürüb, bədənini doğrayıb donuzlara yedirirmiş.
Delphine LaLaurie: Bu qadın Nyu-Orleanda yaşayan sadist bir sosialist idi. Yaşadığı ev, illərcə dəhşət otağı olaraq xatırlanıb. Evinin mətbəxində çıxan yanğın nəticəsində evə gələn yanğınsöndürənlər tərəfindən sobaya bağlanmış iki adam tapılıb. Cani qadının tətbiq etdiyi işgəncədən xilas olmaq üçün yanğını başlatdıqları düşünülən bu iki gəncin sayəsində əsl hadisənin üstü işıqlanıb. LaLaurie adamları bəzi qəribə cinsiyyət dəyişmə təcrübələrində istifadə edib. Bir qadının qıçlarını qıraraq xərçəngə bənzətməyə çalışıbmış və onun cəsədini kiçik bir qəfəsin içində sıxılmış halda tapıblar. Daha betəri isə qıçları və qolları kəsilən bir qadının bədənində bəzi nöqtələrini dairəvi şəkillərdə kəsərək onu bir tırtıla bənzətməyə çalışmasıdır. Bu qədər vəhşiliklə kifayətlənməyən LaLaurie qaçırdığı insanların çoxunun ağızlarını tikib və aclıqdan ölmələrinə səbəb olub. İşgəncəyə məruz qalan insanlardan çoxu ölü tapılıb, həyatda olanlar isə həkimlərə onları öldürmələri üçün yalvarıblar. Çünki mərhəmətsiz qadının üzərlərində buraxdığı yaralar dözüləcək dərəcədə deyildi.
Enriqueta Marti: O, kataloniyalı uşaq qatilidir. Məlumatlarda bildirilir ki, uşaqları öldürdükdən sonra cəsədlərini qaynadaraq onların sümük, yağ və qanlarından müxtəlif eşq iksirləri və ər-arvad dərmanları hazırlayıb, bahalı qiymətə satırmış. Bundan əlavə, varlı pedofillərə küçələrdən qaçırdığı kimsəsiz uşaqları da pulla satırmış. 1912-ci ildə müştərilərindən birinin polisə məlumat verməsi nəticəsində həbs olunmuş və digər məhkumlar tərəfindən öldürülmüşdür.
7. Beverley Allit: İngiltərəli tibb bacısı 1991-ci ildə 4 körpə öldürüb, daha beşini isə ciddi zədələyib. O, uşaqların qanına çoxlu insulin vuraraq onlarda ürək ağrısı yaradırdı. Nə səbəbdən cinayət törətməsi bugünədək bilinməyib.
8. Mary Ann Cotton: Mary Ann dörd ərini, bir sevgilisini, bir dostunu və 12 uşağı “arsen” adlı maddə ilə zəhərləyərək, öldürmüşdü. Yerli qəzetlərin araşdırması sahəsində onun törətdiyi cinayətlərin üstü açılmışdı. Mary Ann 24 mart 1873-cü ildə asılaraq edam edilib.
9. Aileen Wuornos: O, Vornos ailəsinin nikahdankənar qızı idi. 15 yaşında ailəsi ondan imtina etdi və fahişəlik etməyə məcbur oldu. Həyatı boyunca məruz qaldığı şiddətə görə depressiyaya düşdü və bu, onda hormonal dəyişiklik yaratdı. Vornos həyatının qalan hissəsində lezbiyan oldu.
Lakin ilk lezbiyan sevgilisindən ayrılması ona ağır psixoloji zərbə vurur və ard-arda 7 cinayət işləyir. 1989-cu ildə həbs olunur və edam cəzasına məhkum edilir. Məhkəmə salonunda hakimə “Mən günahsızam, ümid edirəm, sizi də zorlayarlar” deyir. 2002-ci ildə edam edilərək həyatına son qoyulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm