Əziyyəti yenə mağaza sahibləri çəkəcək: Çünki nə yanğından mühafizə var, nə də sığorta - AKTUAL
Məlahət Rzayeva
08:56 11.12.2019
Hadisə
882
Dünən səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome" tikinti materialları topdansatış bazarında güclü yanğın baş verdi. Yanğın bazardakı tikinti materialları mağazalarından birində başlayıb və qısa müddətdə digər mağazalara da keçib.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsində FHN-in briqadaları, eləcə də 3 ədəd helikopter və bir ədəd təyyarədən istifadə edilib və yanğın söndürülüb.
Paytaxtda bu cür yanğın hdisələri son zamanlar intensiv xarakter almaqdadır. Əksər hallarda da böyük ticarət mərkəzləri yanğına məruz qalır. Ticarət obyektlərinin yanğından mühafizə sisteminin zəifliyi və ya heç mövcud olmaması ilə yanaşı, bəzən sahibkarların, eləcə də həmin ərazini özəlləşdirmək istəyən hansısa sahibkarın bilərəkdən yanğın törətdiyi fikirləri də səslənir. Belə mülahizələr də səslənir ki, sahibkarlar əskikləri olduqda yanğın tərədirlər ki, məsələni “birdəfəlik” həll etsinlər; obyekt vardı, indi isə yoxdur.
Əskiklər də “yandı”, icarə haqqı da. Amma zərərçəkən obyekt sahiblərinin dərdli siması deyilənlərin həqiqətə uyğun olmadığını düşünməyə daha artıq əsas verir. Bankdan kredit alıb satış obyekti təşkil edən, evinə bir tikə çörək aparan şəxs bir saatın içində külli miqdarda ziyana düşür, müflis olur. Problemlərdən biri də sığorta ilə bağlıdır. Satış obyektləri, ticarət mərkəzlərinin əksəriyyəti sığorta olunmur. Fövqəladə hallar baş verdikdə isə zərərə düşür və zərərləri də təbii ki, qarşılanmır.
İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında sığorta məsələsinin qapanmış dairə olduğunu dedi:
“Nə sığortada, nə də yanğından mühafizədə təkmilləşmiş, vahid bir sistem var. Sığorta şirkətləri riskləri gözə alaraq köhnə bazarları, ticarət obyektlərini sığortalamır. Yanğından mühafizə müsbət rəy almaq üçün isə sahibkarlar elə xərclərlə üzləşir ki, artıq imtina etməli olur və ümidini “türkəçarə”yə bağlayır. Təkmilləşmiş, ümumi yanğından mühafizə sistemi yoxdur ki, bütün sahibkarlar ona keçsin. Birinci problem, sığorta sistemi, ikinci isə vahid yanğından mühafizə sisteminin olmamasıdır. Sahibkarların səhlənkarlığı da var”.
Sahibkarların bilərəkdən yanğın təhlükəsi törətməsi mülahizəsinə gəlincə, F.İbrahimov bunun da istisna edilmədiyini bildirdi:
“Tarixən belə hallar olub. Məsələn, banklar özünü müflis élan edirdi ki, öhdəliklərdən azad olunsunlar. Bütün sahələrdə bu cür fırıldaqlardan istifadə edilir. Heç nə istisna deyil və istintaq təhqiqat prosesində bu cür halları nəzərə alır”.
F.İbrahimov sahibkarlara dəymiş ziyanın hökumət tərəfindən qarşılanacağına inandığını da vurğuladı:
“Biz artıq bu təcrübəni görmüşük ki, sahibkarlara dəymiş ziyan dövlət tərəfindən qarşılanır. Cənab Prezident bu cür hallara həssas yanaşır və vətəndaşların ziyan çəkməsinin qarşısı alır. Böyük ehtimalla indi də belə olacaq. Amma sahibkarlar da gərək sui-istifadəyə yol verməsinlər. Maksimum təhlükəsizlik tədbirləri görsünlər, yanğından mühafizə sistemi təşkil etsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Xarq adası yaxınlığında İrana aid neft tankerini vurub
00:15 09.09.2026
Gündəm
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə