FACİƏ ! - Bunu nə ana istəyərdi, nə də ata...
Banuçiçək Kalbalıyeva
09:02 24.04.2020
Hadisə
770
“Müntəzəm təkrarlansa, qəbiristanlıqların çəpərə alınmasını təklif etmək olar”
Masallı rayonunda uşağın üstünə qəbir daşı aşıb. Hadisə nəticəsində uşaq yerindəcə ölüb. Olay rayonun Şıxlar kəndində baş verib.
Doqquz yaşlı Səmədov Əhəd Rizvan oğlu evlərinin yaxınlığında yerləşən qəbiristanlıqda oynayarkən 2016-cı ildə vəfat etmiş şəxsin qəbir daşı aşaraq onun üzərinə düşüb.
Polis və prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər. Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Bəs uşağın böyüklərin belə, bəzən getməyə cəsarət etmədiyi həmin yerdə nə işi var idi? Oynamağa başqa yer yoxdur?
Faciəvi hadisə ilə əlaqədar "Sherg.az"a danışan "Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova bunu şəhər mühiti və kənd şəraiti arasında fərqlərin olması ilə əlaqələndirdi:
"Kənd yeri başqadır. Uşaqlar daha sərbəst olurlar. Birmənalı şəkildə valideyni ittiham etmək düzgün olmaz. Əlbəttə, bunu nə ana istəyərdi, nə ata. Heç kimə sirr deyil ki, uşaqlar, xüsusilə, oğlanlar elə yerlərdə oyunlar oynamağı sevirlər. Belə hadisələr nadir hallarda yaşanır. Əgər müntəzəm təkrarlansa, qəbiristanlıqların çəpərə alınmasını təklif etmək olar. Qeyd edim ki, qəbir daşlarının təmir olunmaması da ayrıca problemdir. Bu məsələlər diqqət tələb edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət