Həkim əməliyyatı unutdu
Yusif Nəzərli
13:58 25.01.2023
Hadisə
479
Uşaq 5 saat əməliyyat masasında qaldı
Badamcıqlarının əməliyyatla alınmasına qərar verilən 3 yaş yarımlıq uşağın başına gələnlər insanı heyrətə salır. “NTV.com.tr”nin xəbərinə görə, Yalova əyalətində badamcıqlar, adenoid (boğazın arxa divarındakı ət), qulaqlara eşitməni asanlaşdırmaq üçün boru taxılması əməliyyatına girən 3 yaş yarımlıq Cahangirin 10 gün sonra səhhətində problemlər yaranıb. Atası uşağı xəstəxanaya təkrar gətirdiyində məlum olub ki, badamcıqlar yerindədir, əməliyyat zamanı götürülməyib. Halbuki əməliyyat 5 saat çəkib.
5 saatlıq əməliyyat zamanı həkim bəs nə işlə məşğul olub? Uşağın atası Neyfəl Tosun həkimdən şikayətçi olub. Həkim isə iddiaları rədd edərək badamcıqlar iltihablı olduğundan əməliyyat etmədiyini bildirib. N.Tosun bildirib ki, ailənin 3-cü övladı olan Əbdülhəmid Cahangir yaş yarımlıq olanda badamcıqlarında iltihab aşkarlanıb. Körpəyə müalicə təyin edilib, lakin il yarım sürən müalicənin də bir nəticəsi olmayıb. Uşağın boğazında əmələ gəlmiş adenoid böyüyüb, qulağında infeksiya əmələ gəlib, eşitmə problemi yaranıb, rahat nəfəs ala, udquna bilməyib. Uşağın burun-boğazındakı problemlərin əməliyyatla aradan qaldırılmasına razılıq verən valideynləri onu özəl klinikaya aparıb. Həkim körpəni müayinə edərkən “təcili əməliyyat olunmalıdır” deyib. Əməliyyat 5 saat çəkib. 10 gün sonra halı pisləşən körpəni xəstəxanaya gətiriblər.
Müayinə edən həkim “badamcıqlar iltihablaşıb” dedikdə, N.Tosun “necə? Uşaq 10 gün əvvəl əməliyyat edilib”, söyləyib. Həkim isə “xeyr, badamcıqlar götürülməyib” dedikdə məsələ aydınlaşıb.
Ata körpəni “əməliyyat edən” həkimə aparıb. Həkim körpəni müayinə etdikdə “yanlışımız olub, badamcıqları götürməmişik” deyib. Həkimin etirafından dəhşətə gələn ata məhkəməyə müraciət edib. Lakin həkim bu dəfə unutqanlığını rədd edərək “badamcıqlarda iltihab vardı deyə əməliyyat etmədik, çünki bu, qanaxma təhlükəsi yarada bilərdi” açıqlamasını verib. Lakin əməliyyat sonrası tərtib edilmiş epikrizdə “badamcıqların alınması” da qeyd edilib. Körpənin valideynləri bunu əsas tutaraq xəstəxana və həkim barəsində cinayət işi açılmasını tələb edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət