İki qardaş icazəsiz evdən çıxıb xuliqanlıq etdilər
05:52 13.04.2020
Hadisə
751
Ağsuda karantini pozan şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində çölə çıxan vətəndaşların yoxlanışı zamanı 42 yaşlı İlqar Kərimovun icazəsiz çölə çıxdığı müəyyən olunub.
O, telefonda “8103” SMS icazə sistemindən gələn mesajı göstərsə də, ancaq polis əməkdaşları tərəfindən həmin şəxs planşetlə yoxlanılan zaman onun adında heç bir icazənin olmadığı, İlqar Kərimovun qızının şəxsiyyət vəsiqəsi ilə icazə aldığı aşkarlanıb.
Şamaxı rayon sakini 22 yaşlı Kamal Əhmədov heç bir icazəsi olmadan ara yollarla Ağsu rayonuna gələrkən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o inzibati həbs olunub.
Həmçinin, rayonun Gəgəli kəndi ərazisində qardaşlar- Rza və Sakit Mirzəyevlər heç bir icazələri olmadan sərxoş vəziyyətdə çölə çıxıb, xuliqanlıq hərəkətləri etdiklərinə görə saxlanılıblar. Onların barəsində də Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunauyğun müvafiq tədbirlər görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət