
İntiharın yaşı yoxdur! – Cavan da, qoca da buna əl atır - Səbəblər və çıxış yolları...
Yusif Nəzərli
15:40 09.12.2021
Hadisə
732
Fərqanə Mehmanqızı:“ İnsanlar nəinki digər insanları, həmçinin özlərini dinləyə bilmirlər”
Rövşən Nəzərli:“Koronavirus pandemiyası iqtisadi vəziyyət və müharibə orta yaşlı insanlarda psixoloji gərginliyə səbəb oldu. Bu da intiharlara gətirib çıxarır”
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hər il orta hesabla 800 min insan öz həyatına son qoyur. Bütün dünyada müxtəlif üsullarla bunun qarşısı alınmağa çalışılsa da, intihar hadisələri davam edir. Son zamanlar Azərbaycanda da analoji hallar artır. Statistikalara əsasən deyə bilərik ki, intihar dünyada daha çox 15-19 yaşlı gənclər arasında baş verir. Lakin son günlərdə Azərbaycanmda orta və müdirklik yaşına çatmış insanların ardıcıl intihar xəbərləri ilə rastlaşırıq.
“Sherg.az” xəbər verir ki, elə bu gün Ağdam sakini, 65 yaşlı Rüstəmov Bakir Əli oğlu yaşadığı həyətdə yardımçı tikilidə özünü asıb. Dünən isə paytaxtda 2 intihar hadisəsi qeydə alınıb. Paytaxt sakini 44 yaşlı Rövşən Süleymanov həyətdə özünü asaraq intihar edib. Digər intihar hadisəsi Nəsimi rayonundabaş verib.47 yaşlı Oqtay Zeynalov 19 mərtəbəli binanın dördüncü mərtəbəsindən özünü ataraq həyatına son qoyub. Son 2 gün ərzində 3 orta yaşlı şəxsin intiharı cəmiyyətdə ciddi suallar doğurur.
Məşhur bir aforizmdə deyilri: İntihar edən insan əslində ən çox yaşamağı istəyən insandır. Bəs, Azərbaycanda intihar edən şəxslər kimlərdir və hansı səbəblərə görə bu yola əl atırlar?
Bunun səbəbləri barədə “Sherg.az”a danışan psixoloq, psixoterapevt Fərqanə Mehmanqızı bildirib ki, intiharın əsl səbəbləri daxildə yatır:
“Özgüvənsizlik, asosiallıq vəgərəksiz eqo və.s gənclərdə daha çox rast gəlinən elementlərdir. Bunların yaranmasında əsas səbəb ailə faktorudur. Bilirik ki, şəxsiyyətin formalaşması uşağın ətrafındakı insanların ona qarşı münasibətindən asılıdır”.
F.Mehmanqızı hesab edir ki, intihar hadislərində yaşın fərqi yoxdur:
“Hər yaş dövründə baş verən intiharın əsas səbəbi daxildən gəlir.”
Psixoloq diqqətə çatdırıb ki, intihar mərhələsində olan insanlara yardım edə bilərik:
“Bu günlərdə empatiya bacarığı aşağı düşüb. Həmçinin insanlar arasında dinləmə bacarığı da azalıb. İnsanlar nəinki digər insanları, həmçinin özlərini dinləyə bilmirlər”.

Psixoloq Rövşən Nəzərli isə düşünür ki, koronavirus pandemiyası iqtisadi vəziyyət və müharibə orta yaşlı insanlarda psixoloji gərginliyə səbəb oldu. Bu da intiharlara gətirib çıxarır:
“Bunu da bilmək lazımdır ki, intihar edən şəxs sadəcə öz həyat yoluna son qoymuş olmur. İntihar hadisəsi həmin şəxsin yaxınlarına və yaxud bu kimi xəbərləri oxuyan digər insanlara da təsir göstərə bilir.
Keçən il ABŞ-da dərc edilmiş bir məqalədə deyilir ki, araşdırmalara görə, hər bir intihar hadisəsi ortalama 135 nəfər insana təsir göstərir. Bu yerdə deyə bilərik ki, intihar çətinlik və dərdləri sizdən uzaqlaşdırmır, onu başqa birinə ötürür”.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya