Sosial şəbəkələr və internet saytlarında cinayətkar dəstə başçısı Adnan Oktar haqqında “cinayəti və cinayətkarı təqdir etmə” məzmunlu paylaşımlar üzrə İstanbul Anadolu Respublika Prokurorluğu tərəfindən istintaqa başlanılıb.
Sherg.az xəbər verir ki, başladılan istintaq çərçivəsində Baş Prokurorluğun KİV-də Cinayətlər üzrə İstintaq Bürosunun 5651 saylı Qanuna əsasən verdiyi vəsatət əsasında, müvafiq məhkəmə tərəfindən ümumilikdə 450 sosial media hesabı və internet ünvanına girişin məhdudlaşdırılması və həmin məzmunların yayından çıxarılması barədə qərar verilib.
Prokurorluq açıqlamasında, istintaqın bütün istiqamətlər üzrə diqqətlə davam etdirildiyi bildirilib.