İstehsalatda baş verə biləcək bədbəxt hadisələr azalacaq
08:44 09.04.2021
Hadisə
704
Gərək dövlət standartlarına da güclü nəzarət olsun
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata əsasən, istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə dövlət standartı qəbul edilib.
Bu sahədə sahibkarlara dəstək göstərilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan "Azərbaycan Standartlaşdırma İnstitutu" Publik hüquqi şəxs tərəfindən beynəlxalq standartlar əsasında AZS ISO 45001 "Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi" dövlət standartı qəbul edilərək Dövlət Fonduna daxil edilib.
Həmin standart əmək sağlamlığı və təhlükəsizliyi sistemini yaratmaq və həyata keçirmək istəyən istənilən təşkilat tərəfindən tətbiq edilə bilər.
Qəbul olunmuş standart barədə "Şərq"ə danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev qeyd edib ki, istehsalatda bu prosesi həyata keçirmək üçün sahibkarların marağı olmalıdır:
"Yeni qəbul olunmuş standart beynəlxalq standartların bazası əsasında yaradılıb. Bu standart iş yerlərində, istehsalatda sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasını daha da təkmilləşdirmək üçün nəzərdə tutulub. Təbii ki, iş yerlərində mütləq sağlam əmək şəraiti yaradılmalıdır ki, işçilər hər hansı bədbəxt hadisə nəticəsində xəsarət almasın və peşə xəstəliklərinə məruz qalmasınlar.
Ona görə də bu standartın tətbiq olunması çox müsbət haldır. Əsas məsələlərdən biri də bu standart ilə iş yerlərində və istehsalatda istifadə olunan avadanlıq, qurğu və mexanizminlərin daha müasirləri ilə əvəz olunması, iş prosedurunun daha optimallaşdırılması, iş vaxtının daha səmərəli olmasını təmin etməkdir.
Bu cəhətdən də həmin standartın qəbul olunması çox müsbətdir. Ancaq gərək bu prosesin təqdimatı edilsin və sahibkarlar bununla tanış olsunlar. İstehsalatda bu standartları həyata keçirmək üçün sahibkarların marağı olmalıdır.
Əgər həmin standart bütün iş yerlərində tətbiq olunmayacaqsa, ya da ona düzgün nəzarət mexanizmi qurulmayacaqsa, burda işin səmərəliliyindən söhbət gedə bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm