Türkiyənin Kayseri şəhərinin Kocasinan rayonunun Argıncık məhəlləsində yaşayan bir ailə iddialara görə evlərinin önündən keçən sakinlərə daş atır, təhdid edir və bəzən dəyənəklərlə hücum edir.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, məktəbə gedən uşaqlar da hədəf halına gəlib. Sosial mediada paylaşılan görüntülərdə uşaqlara daş atıldığı və onların qorxu içində məktəb yolunda getdiyi görünür.
Məhallə sakinləri polisə dəfələrlə şikayət etsələr də, problemin hələ həll olunmadığını bildirirlər.
Yerli əhali vəziyyətin təhlükəli olduğunu və səlahiyyətlilərdən müdaxilə istədiklərini qeyd edir.