Könül Vəlibəylinin qızının vəziyyəti ağır stabildir

Könül Vəlibəylinin qızı Ləman Qulamavonın maülıicəsi Yeni Klinikanın reanimasiya şöbəsində davam etdirilir.

Bu barədə Sherg.az-a Yeni Klinikanın mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, hazırda pasiyentin vəziyyəti ağır stabildir. Süni tənəffüs dəstəyi alır, ağciyər göstəricilərində müsbət dinamika izlənilir. 

Xatırladaq ki, noyabrın 21-də paytaxtın Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamova həmin yanğın zamanı tüstüdən boğularaq həyatını itirmiş Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin (Könül Vəli bəy qızı Hümbətova) qızıdır. 

Qeyd eədk ki, yanğın zamanı 3 nəfərin öldüyü, 20-yə yaxın şəxsin tüstüdən zəhərləndiyi bildirilirdi.