Laçında hərbi qulluqçumuz minaya düşərək ağır yaralandı

Müdafiə Nazirliyinin hərbi qulluqçusu Vüsal Cabbarov Laçın rayonunda minaya düşərək ağır yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə hərbçimizin yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Bildirilir ki, partlayış nəticəsində Vüsal Cabbarovun ayaqlarından biri amputasiya olunub. Vəziyyəti ağır olan hərbi qulluqçu hazırda Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına yerləşdirilib.