Lerikdə ərazi icra nümayəndəsinin meyiti tapılıb - FOTO - YENİLƏNİB
Yusif Nəzərli
20:53 06.12.2024
Hadisə
684
Lerikdə vəzifəli şəxsin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə 30 yaşlı Şəfiq Əliyev günorta 13:00 radələrində işdə, ona verilən tapşırığı yerinə yetirmək üçün əraziyə çıxdığını bildirib.
Bundan sonra onun telefonuna zəng çatmayıb. Axşam saat 19:00 radələrində, yaxınları tərəfindən axtarılan icra nümayəndəsinin avtomobili Boykənd kənd qəbirstanlığının qapısında aşkarlanıb.
Ş.Əliyevin axtarışında olan yaxınları, qəbirstanlığı axtarmağa başlayıblar. Axtarışlar nəticəsində onun meyiti qəbirstanlığın içində ağacdan asılı vəziyyətdə tapılıb.
Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
***
21:40
Lerikdə 30 yaşlı kişinin meyiti tapılıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə Lerik rayon İcra Hakimiyyəti Başçısının Kiravud kənd ərazisi üzrə icra nümayəndəsi 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti tapılıb. Onun intihar etdiyi deyilir.
Lerik Rayon İcra Hakimiyyətindən də hadisəni təsdiqləyiblər. Ş.Əliyevin işində nümunəvi, verilən tapşırıqları vaxtında yerinə yetirən, gözəl xasiyyətli biri olduğu bildirilir.
Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.
Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp: Bəlkə də, Əli Xameneini öldürməməli idik
16:37 13.10.2026
Gündəm
Sürücüləri əlavə xərcdən xilas etmək mümkündür - EKSPERT
15:23 13.10.2026
İnfrastruktur
İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır
14:57 13.10.2026
Region
Zelenskinin açıqlaması Avropanı təşvişə saldı
14:56 13.10.2026
Dünya
Laos Prezidenti Fəxri xiyabanı ziyarət etdi
14:49 13.10.2026
Gündəm
İranda silahlı toqquşma: ağır texnika yeridildi
14:20 13.10.2026
Region
Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti açıqlama yayıb
13:58 13.10.2026
Gündəm
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm