Məktəb qarşısında silahlı hücum: 11 şagird yaralanıb

Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda məktəbin qarşısında silahlı hücum baş verib. Hadisə nəticəsində 2-si ağır olmaqla 11 şagird yaralanıb. Yaralıların xəstəxanada müalicəsi davam edir.

Hücumda şübhəli bilinən şəxs saxlanılıb. Türkiyənin Ədliyyə naziri Akın Gürlek bildirib ki, hadisə ilə bağlı şübhəlinin anası, atası və silahın istifadəsində iştirak etdiyi müəyyən edilən babası da saxlanılıb. Silahın uşağın əlinə necə keçməsi və hadisədən əvvəl həmyaşıd zorakılığı olub-olmadığı araşdırılır.

Hadisə ilə əlaqədar məktəbdə həmin gün tədris dayandırılıb və genişmiqyaslı araşdırma başlanıb.