Mövlam Şıxəliyev: “Müsadirə olunan evlərdən biri babamdan qalıb” - MƏHKƏMƏ
Yusif Nəzərli
14:41 30.01.2023
Hadisə
458
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və onunla birgə ittiham olunan istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı davam edir.
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda Mövlam Şıxəliyev çıxış edib.
Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov APA-ya bildirib ki, müvəkkili çıxışı zamanı ona ehtimallar əsasında ittihamlar verildiyini deyib:
“Müvəkkilim kifayət qədər dəlil və sübutlara söykənən çıxışı ilə cinayət məsuliyyətinə cəlb olunmasının əsassız olduğunu məhkəmənin diqqətinə çatdırıb. Çıxışda bəzi təqsirləndirilən şəxslərin bir-birilərini tanımadıqlarını, işin məhkəməyə qədər gəlib çıxmasının da gərəksiz olduğunu bildirdi”.
Arzu Cavadovun sözlərinə görə, Mövlam Şıxəliyev əmlaklarının müsadirə olunması ilə bağlı da danışıb:
“Müvəkkilim bir daha qeyd etdi ki, həmin əmlaklar cinayət yolu ilə əldə edilməyib. O, müsadirə olunan evlərdən birinin 1960-cı ildən babasından qaldığını, digərlərinin isə hələ vəzifədə olmamışdan əvvəl alındığını qeyd etdi”.
MTN generalı çıxışının sonunda məhkəməyə inamının sonsuz olduğunu, ədalətli qərar qəbul ediləcəyinə ümid etdiyini deyib.
Növbəti proses fevralın 6-na təyin olunub.
Qeyd edək ki, general-mayor Mövlam Şıxəliyev Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov isə Cinayət Məcəlləsinin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham olunublar.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Mövlam Şıxəliyevin general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilməsi barədə qərar qəbul olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi