“Yaşar”ı tapana 50 min mükafat verəcək

İtini itirən adam səfərbər olub

İzmirin Menemen rayonunda, dostunun evində baş verən yanğında həyatını itirən Şule Çörekçinin yanında qalan iti “Yaşar” itkin düşüb. İtinin yanğından sonra qaçdığını düşünən Ayşe Küçüksille, onu tapmaq üçün küçə küçə, ev ev gəzərək axtarır. Küçüksille, iti tapan şəxsə 50 min TL mükafat verəcəyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Ayşe Küçüksille 10 gün əvvəl əmanət olaraq dostu Şule Çörekçinin evinə verdiyi iti “Yaşar”ı, 15 noyabrda baş verən yanğından sonra itkin düşmüş hesab edir. 

Duvarlara və dirəklərə yapışdırılan afişalarla “Yaşar”ın fotosunu paylaşan Küçüksille, iti tapan şəxsə 50 min TL mükafat veriləcəyini açıqlayıb. Onun sözlərinə görə, Yaşar çox həssas və ağıllı bir itdir:

“Yangın zamanı baxçada bir çox it olub. İlk müdaxilə ilə bəzi itlər oradan qaçıb, böyük ehtimalla “Yaşar”da onlardan biri idi. Hər yerdə onu axtarıram.”

Küçüksille, bəzi ərazilərə kameralardan da qoyduqlarını bildirərək, itinin və onun geyimlərinin qoxusunun tanınması üçün istifadə etdiklərini deyib:

“Ümidimizi itirmirik. Yaşar çox ağıllı bir it idi, geri dönəcəyinə inanıram. Yanan evin arxasındakı yaşam sahəsini yaxşı tanıyır, yolunu mütləq tapacaq.”