Oğuzda BMW aşdı: Ölən və yaralanan var

Oğuz rayonunun Böyük Söyüdlü kəndi ərazisində “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Bu barədə Trend -ə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Belə ki, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.