Ölkənin ən böyük hava yolu şirkəti: 70-dən çox uçuşunu ləğv etdi

Hindistanın ən böyük hava yolu şirkəti olan IndiGo, 70-dən çox uçuşunu ləğv etdiyini açıqlayıb və səbəbini izah edib. 

Press Trust of India (PTI) agentliyinin şirkət açıqlamasına istinadən verdiyi xəbərə görə, əməliyyat tələbləri səbəbindən IndiGo-da uçuş ləğvləri baş verib.

Sherg.az xəbər verir ki, heyət çatışmazlığı, texniki problemlər və hava limanındakı sıxlıq səbəbindən şirkətin 70-dən çox uçuşu ləğv edilib. Son dövrlərdə IndiGo-nun “uçuş vəzifə müddəti məhdudiyyətindən irəli gələn ciddi heyət çatışmazlığı” yaşadığı bildirilib.

Milli mətbuata görə, vəzifə müddəti məhdudiyyətlərinə uyğun olaraq şirkət daxilində hava yolu heyətinin həftəlik istirahət müddətləri 48 saata qədər artırılmışdı.