Övladlarını qumbara ilə partladıb öldürməyə cəhd etdi ?- MƏHKƏMƏ
Yusif Nəzərli
17:21 11.03.2023
Hadisə
467
12 il öncə boşandığı həyat yoldaşını, qayınanasını və övladlarını qumbara ilə partladıb öldürməyə cəhddə ittiham olunan İntizam Nəcəfovun məhkəməsi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə dindirilən Nəcəfov özünü təqsirli bilməyib.
O, ifadəsində deyib ki, ittiham yalandır, əgər onları öldürmək niyyəti olsaydı, qumbaranı həyətdəki boş sahəyə yox, evin içinə atardı: “Mən özümü ancaq silaha görə təqsirli bilirəm. Nə evə ziyan vurmuşam, nə də kimisə öldürmək niyyətim olub. Belə niyyətim olsaydı, uzaqdan evin içinə atardım, heç kim də maneə ola bilməzdi”.
Onun keçmiş həyat yoldaşı S.Əhmədova da eks-ərinin dediklərini təsdiqləyib. Əhmədova məhkəmədə bildirib ki, ittihamda yazılanların bir çoxu həqiqətəuyğun deyil: “İttihamda haqsız şeylər yazılıb. O yazılanların heç biri olmayıb. Məsələn, bizim evimizdə qumbaradan dağıntı olmayıb. Qızlarımın məhkəməyə gəlməsini istəmirəm”.
Qeyd edək ki, hadisə 2022-ci ilin avqustunda Pirşağı qəsəbəsindəki evlərdən birində baş verib. Cinayət işinin materiallarında iddia olunur ki, 40 yaşlı Nəcəfov həmin vaxt narkotik maddənin təsiri altında olub. O, “F-1” qumbarasını evə atmaq istəyəndə qızı mane olub və qumbara bağ sahəsinə düşüb.
Nəcəfovla Əhmədovanın birgə nikahından üç övladı var.
İ.Nəcəfovun ittiham olunduğu özgə əmlakına zərər vurma və ya məhv etmə, qanunsuz silah saxlama, iki və daha çox adamı öldürməyə cəhd kimi əməllərə görə qanunda 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Onun qumbaranı necə əldə etməsinə gəlincə, Nəcəfov istintaqda bildirib ki, 2020-ci ildə Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibədən sonra Qarabağ zonasında işləyib. Onun sözlərinə görə, qumbaraları da həmin vaxt oradan taparaq götürüb.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilmişdi ki, 1983-cü il təvəllüdlü İntizam Nəcəfov ailəsi ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş tələb edib.
Gecə saat 3 radələrində Nəcəfov iki qumbara götürərək keçmiş ailəsinin yaşadığı ünvana gedib. O, əvvəlcə qumbaraların birini evin divarı yaxınlığına atıb və eks-arvadının küçə qapısını açmasını tələb edib. Partlayış səsinə qonşular gəlib və dərhal polisə məlumat verilib. İntizam Nəcəfova ikinci qumbaranı partlatmağa imkan verilməyib, həmçinin onun keçmiş ailə üzvləri qapını açmayaraq evdə gizlənib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət