
"Qara camaatın" gününə ağlayan yoxdur: 2-3 manatlıq taksiləri də onlara çox gördülər
"Qara camaatın" gününə ağlayan yoxdur: 2-3 manatlıq taksiləri də onlara çox gördülər
Yusif Nəzərli
12:14 09.06.2024
Hadisə
637
Tıxaclı yollarda, kondisionersiz avtobuslarda sərnişinlərin nəfəsi kəsilir
Yenə yay gəldi. İctimai nəqliyat kondisioner problemini də özü ilə bərabər gətirib.Yollarda tıxac, metro və marşrut avtobuslarında sıxlıq azmış kimi günü-gündən şiddətlənən istilər də bir yandan sərnişinlərin nəfəsini kəsir. Yenə əvvəllər taksi xidmətinin qiyməti münasib idi. Yayın cırhacırında kondisionersiz və basabas avtobuslara minə bilməyən insanlar 2-3 manatını verib “ekonom” taksilərlə rahat və sərin şəkildə istədiyi ünvana gedirdi. "Qara camaata"a onu da çox gördülər. Taksilərlə bağlı qəbul edilən müvafiq dəyişikliklərdən sonra qiymətlər "əl yandırır".
Qeyd edək ki, bir neçə gündür havanın temperaturunun yüksəlməsinə baxmayaraq, hazırda Bakı və Bakıətrafında sərnişindaşıma ilə məşğul olan avtobusların çoxunda sərinləndirmə sistemləri qoşulmur. "BakuBus"a məxsus avtobuslarda iyun ayının 1-dən etibarən sərinləndirmə qurğuları işə salınıb. Digər avtobusların sürücüləri isə problemi idarə etdikləri nəqliyyat vasitəsinin köhnə olması və kondisionerin olmaması ilə izah edirlər. Ekspertlər isə ictimai nəqliyyatda bu problemlərin aradan qaldırılması üçün ciddi nəzarətin həyata keçirilməli olduğunu, dövlətin sərnişindaşıma sahəsində fəaliyyət göstərən şirkətlərə dəstək olmasının vacibliyini vurğulayıblar.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daşıyıcılara yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq, sərnişinlərin rahatlığı üçün avtobuslarda temperatur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verib: “Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir. Həmçinin onlara yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq, sərnişinlərin rahatlığı üçün avtobuslarda temperatur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verilib. Müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür. Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır. Bu gün Bakıda, xüsusən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən avtobuslar texniki baxımdan köhnəldiyindən müasir tələblərə və qüvvədə olan ekoloji standartlara qəti cavab vermir. Bu avtobuslar istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var".
O da qeyd olunub ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb (Sputnik.az).
Nəqliyyat eksperti İlqar Hüseynli isə “Sherg.az”a açıqlamasında deyib ki, hər il eyni problem yaşanır:
"Avtobus parkı yenilənməlidir. Başqa hansısa addımın atılması mümkün deyil. Doğrudur, kondisioner sistemi mövcud olan avtobus sürücülərinə tapşırıq verilir ki, ondan istifadə etsinlər. Amma təəssüf ki, bəzən sürücülər kondisioneri qəsdən yandırmırlar. Bu da problemlə nəticələnir”.
İ.Hüseynlinin sözlərinə görə, Azərbaycanda öhdəliklərini yerinə yetirən və vətəndaşlara normal xidmət göstərən "Xaliq Faiqoğlu" MMC və "Bakubus" MMC-nin avtobuslarıdır:

“Bakı kəndlərinə işləyən digər avtobuslarda vəziyyət çox bərbaddır. Avtobus parkları yenilənmir. Şirkətlər vətəndaşların xidmətinə yönələn sosial korporativ öhdəliklərini yerinə yetirmir, məsuliyyət daşımır. Hesab edirəm ki, mövcud problemlə bağlı çox ciddi ölçü götürülməlidir. Şirkətlərin qarşısına konkret vaxtlar qoyulmalıdır ki, öz avtobuslarını saz vəziyyətə gətirsinlər. Yayda kondisionerin işləməsi, qışda isitmə sistemi baxımından sərnişinlərin komfortlu daşınmasını təmin etmək üçün konkret hədəflərə və istəklərə nail olunmalıdır. Əks halda cərimələr və sanksiyalar tətbiq edilməlidir. Həmin şirkətlər vəzifələrini yerinə yetirməlidirlər. Bacarmırlarsa, lisenziya hüquqları əllərindən alınaraq, normal işləyən digər şirkətlərə verilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Milli Məclisin iclası başlayıb
11:06 23.10.2026
Gündəm
Azərbaycan neftinin qiyməti 122 dollara yaxınlaşıb
11:01 23.10.2026
İqtisadiyyat
Azərbaycandan Gürcüstana pul köçürmələri 16% azalıb
10:57 23.10.2026
İqtisadiyyat
Azərbaycan UEFA reytinqində yerini qorudu
10:42 23.10.2026
Futbol
Robert Köçəryanın oğlunun həbs müddəti uzadıldı
10:31 23.10.2026
Region
Narkotiklərlə əlaqəli 13 fakt, silahla bağlı 6 fakt müəyyən edilib
10:12 23.10.2026
Hadisə
Yaponiyada Ukraynaya məxsus təyyarə eniş zamanı alışıb
09:35 23.10.2026
Hadisə
Ermənistan noyabrın 11-də KTMT-dən çıxarıla bilər
09:17 23.10.2026
Region
“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”
09:09 23.10.2026
Dünya
Firuzə İbadovanın xəstəliyi açıqlandı
09:03 23.10.2026
Cəmiyyət
Bakının bu yollarında sıxlıq var - SİYAHI
09:00 23.10.2026
İnfrastruktur
Kıvançın motosiklet həvəsi
08:48 23.10.2026
Şou
ABŞ-də Trampı təhdid edən qadın saxlanılıb
08:07 23.10.2026
Dünya
Sibel Canın sevgilisi həbs edildi!
06:00 23.10.2026
Şou
Tibo Kurtua azarkeşdən 16 il əvvəlki formasını satın aldı
05:25 23.10.2026
Futbol
Görmə qabiliyyətimizi məhv edən 3 vərdiş...
04:50 23.10.2026
Sağlamlıq