Qəfil ölüm termini ədəbiyyatda 250 ildən çoxdur istifadə edilir
Yusif Nəzərli
08:48 03.03.2023
Hadisə
511
Bunun üçün xəstə dinamik nəzarətdə saxlanılmalı, ağrılar diferensasiya olunmalı, kontrol EKG monitorinq olmalıdır
İlahiyyatçı, Məşədi Dadaş məscidinin imamı Hacı Şahinin qəfil ölümü cəmiyyətdə çoxsaylı suallar doğurub. Ölümü ilə bağlı araşdırma tələb edən ictimaiyyət üzvlərinin fikrincə, din xadiminə qarşı sui-qəsd ehtimalını gözardı etməmək lazımdır.
Sözügedən hadisəylə bağlı “Şərq”ə açıqlama verən həkim, tibbi təlimçi Sevindik Şirinov deyib ki, qəfil, gözlənilməz ölüm termini ədəbiyyatda 250 ildən çoxdur istifadə edilir. Onun sözlərinə görə, bütün gözlənilməz ölümlərin 90 faizindən çoxu ürəyin qəfil dayanması ilə əlaqəli olur: “İnsanlar bəzən “mədəm ağrıyırdı, həkimə getdim EKG çəkdirdim, heç bir kəskin patologiya aşkarlanmadı” kimi narahatlıq keçirir. Bəli, bütün kəskin döş ağrılarında, mədə ağrılarında, epigastral ağrılarda ilkin müayinə EKG müayinəsidir. Ürəklə bağlı kəskin kardioloji patologiyalarda EKG bir çox hallarda 15-20 faiz informativ olur. Bunun üçün xəstə dinamik nəzarətdə saxlanılmalı, ağrılar diferensasiya olunmalı, kontrol EKG monitorinq olmalıdır.
Təəssüflər olsun ki, bəzən bu taktikanı tibb işçiləri xəstələrə başa sala bilmir, qəti şəkildə xəstələr digər müayinələrdən imtina edir. Onu da deyim ki, statistik olaraq infarktla bağlı ürəktutmaların, qəfil ürək dayanmalarının və ani ölümlərin ən çox baş verdiyi vaxt 04:00-09:00 saatlarıdır”.
Qeyd edək ki, 48 yaşlı ilahiyyatçı səhər 05:00 radələrində Yasamal rayonunda yerləşən evində ürəktutmadan dünyasını dəyişib. Hacı Şahin ictimai fəal, din xadimi kimi ictimai verilişlərdə cəmiyyəti narahat edən məsələlərə də öz münasibətini, mövqeyini bildirən bir şəxs kimi tanınırdı, bilinirdi. Yaxınlarının verdiyi məlumata görə, o, qəflətən dünyasını dəyişib. Bu baxımdan dini kəsim hesab edir ki, Hacı Şahinin dünyasını dəyişməsi hadisəsi çox ciddi şəkildə araşdırılmalıdır ki, bu, sırf sağlamlıqla bağlı məsələdir, yoxsa təxribat?!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz