Reabilitasiya mərkəzində müalicə alan şəxsə xəsarət yetirildiyi sübut olunub, inzibati tənbeh tədbirləri görülüb
Yusif Nəzərli
07:00 18.07.2024
Hadisə
400
DİN Abşeron rayonu ərazisində vətəndaşın müalicə aldığı reabilitasiya mərkəzində işgəncəyə məruz qalması və müraciətinin araşdırılmadığı ilə bağlı yayılan iddialara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Anar Qafarov APA-ya bildirib ki, Elvin Eyvazov Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək cari ilin aprel-iyun aylarında Novxanı qəsəbəsində yerləşən “Start” reabilitasiya mərkəzində alkoqolizmdən müalicə aldığı müddətdə mərkəzin əməkdaşları Emin və Orxan adlı şəxslərin ona fiziki və psixi təsir göstərdiyini, həmçinin orada müalicə alan Şamil adlı şəxsin isə onun sifət və qol nahiyəsindən yumruq zərbələri ilə vuraraq xəsarət yetirdiyini bildirib.
Araşdırma zamanı mərkəzin təsisçiləri, eləcə də adları çəkilən əməkdaşları Emin Əliyev və Orxan Şirinovun izahatları alınıb. Onlar müalicə müddətində E.Eyvazova psixi və fiziki zor tətbiq etmədiklərini bildiriblər.
Reabilitasiya mərkəzində müalicə alan Şamil İbrahimov isə izahatında həmin gün E.Eyvazovun aqressiv hərəkətlər etməsi səbəbindən ona irad bildirdiyini və qolundan tutaraq masaya əyləşdirdiyini qeyd edib. Məhkəmə-tibbi ekspertizası zamanı E.Eyvazovun üzərində dərəcəsi təyin olunmayan və sağlamlığa zərər vurmayan xəsarətlər aşkar olunub və bu barədə rəy verilib.
Araşdırmaların yekunu olaraq 17 iyun 2024-cü il tarixində “Start” reabilitasiya mərkəzində Ş. İbrahimovun orada müalicə alan E.Eyvazovun sifət və qol nahiyələrinə xəsarət yetirməsi nəticəsində sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirdiyi sübuta yetirilib. Ş.İbrahimovun hərəkətində cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri görülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya