“Sədərək” ticarət mərkəzində baş vermiş yanğının səbəbləri bəlli deyil - RƏSMİ
08:19 25.08.2025
Hadisə
243
“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş verən yanğının səbəbləri araşdırılır.
Bu barədə Teleqraf-ın sorğusuna cavabda Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğının başvermə səbəbləri barədə hələlik heç bir versiya açıqlanmayıb.
Qeyd edək ki, avqustun 24-də saat 11-50 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin anbarında güclü yanğın baş verib.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev hadisə yerində olub.
DİN qüvvələri hadisə yerinin mühafizəsinə və digər zəruri tədbirlərin görülməsinə cəlb edilib.
TƏBİB-dən verilən məlumata görə, yanğınla əlaqəli təcili tibbi yardım briqadasına ümumilikdə 13 nəfərin (hər biri kişi cinsli) müraciəti qeydə alınıb. Onlardan 3 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üç şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya