Sərxoş kişi su kanalına düşdü, boğulub öldü

Sabirabad sakini su kanalında boğularaq ölüb.

Axar.az xəbər verir ki hadisə Kovlar kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Elçin Fərzalı oğlu Fərzəliyev su kanalına düşərək boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, o, sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.