
Son zamanlar yanğın hadisələri daha çox anbarlarda baş verir - EKSPERT
02:06 26.08.2025
Hadisə
515
“Sahibkarlar, icarədarlar, anbarın mühafizəsinə cavabdeh olan şəxslər bu məsələlərə diqqət etməli, anbarların mühafizəsinə ciddi yanaşmalıdırlar”
Paytaxt və ətraf ərazilərdə yanğınlar təəssüf ki, tez-tez baş verir. Ötənlərdə “Tayqa” market, Dərnəgüldəki “EvroHome” tikinti malları bazarında (2 dəfə) və daha neçə-neçə iaşə obyektində yanğın hadisələri baş verib. Bu dəfə isə “Sədərək” ticarət mərkəzində yanğın oldu. Verilən məlumata görə, yanğın ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş verib.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının ətrafa yayılmasının qarşısı alınıb və yanğın söndürülüb. Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sherg.az-a açıqlamasında qeyd etdi ki, yanğından sığortalanmaq 100 faiz mümkün olmasa da, qabaqlayıcı tədbirlər görmək, yanğın təhlükəsini minimuma endirmək üçün vacib olan işlər görülməlidir:

- Obyektlərdə yanğın hadisələrinin baş verməsi idarəetmədə ciddi problemlərin olmasından, aradan qaldırılmayan nöqsanların və obyektin hər hansı fövqəladə vəziyyətə qarşı müdafiə sisteminin lazımi səviyyədə olmaması, yanğın təhlükəsizliyinə dair mühafizə sisteminin təşkil edilməməsindən qaynaqlanır. Bu cür hadisələrdən heç bir obyekt sığortalanmayıb. Ancaq qarşısının alınması, dəyə biləcək maddi və ya mənəvi zərərin azaldılması, ən başlıcası isə insanların həyat və sağlamlığına təhlükənin minimal səviyyədə olması üçün mütləq önləyici təhlükəsizlik tədbirləri görülməlidir. Yanğın hadisələrinin demək olar əksəriyyəti elektrik naqillərində baş verən qısaqapanmadan yaranır. Elektrik naqilləri saz vəziyyətdə olmalı, çox yüklənməməlidir. Naqillər obyektin elektrik sərfiyyatına uyğun olmalı və alındığı şirkətdən keyfiyyətinə dair sertifikata malik olmalıdır. Elektrik işləri standartlara uyğun aparılmalıdır ki, yüklənmə, yaxud hava şəraitindəki dəyişiklik səbəbindən qızma, tüstülənmə və ya alışma olmasın. Hadisənin haradan qaynaqlandığı araşdırılmalıdır. Həmçinin yanğının nədən başladığı, hadisəni ilk görənin kim olduğu və nə vaxt gördüyü, gördükdən sonra hansı tədbiri yerinə yetirdiyi yoxlanmalıdır. Eyni zamanda bundan öncə hər hansı yanğın təhlükəsizliyinin pozulması halları aşkar olunduğu, olunubsa, hansı tədbirlərin görüldüyü, yanğın təhlükəsizliyinə cavabdeh şəxsin olub-olmaması dəqiqləşdirilməlidir. Hadisədən öncəki günlərdə hansı nöqsanlar aşkar edilib və nə kimi tədbirlər görülüb kimi suallar meydana çıxır. Bu, hadisənin hansı səbəbdən baş verdiyinin aydınlaşmasına kömək edər.
E.Nurəliyev bildirib ki, bir çox obyektlər təhlükəsizlik məsələsinə ciddi yanaşmır:
- Yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik və əməyin mühafizəsi, iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması, fövqəladə vəziyyətdə davranış qaydaları, işçilərin ilkin tibbi yardım haqqında biliklərinin olmasına, sanitar-gigiyena qaydalarına, elektron – informasiya təhlükəsizliyi kimi vacib nüanslara diqqət yetirilmir. Demək olar ki, bu sahəyə maraq yoxdur. Obyektlərdə təhlükəsizlik məsələsi bəlkə də ən axırıncı müzakirə mövzusudur. Ona görə də bu cür hadisələr qaçılmaz olur. Fikir verirsinizsə, son zamanlar yanğın hadisələri anbarlarda baş verir. Ya anbarlar mallarla həddindən artıq yüklənir, tez alışan materiallardan ibarət mallar tezalışan maddələrlə eyni yerdə saxlanılır. Bir qığılcım bəs edir ki, yanğın alovlansın. Ona görə də sahibkarlar, icarədarlar, anbarın mühafizəsinə cavabdeh olan şəxslər bu məsələlərə diqqət etməli, anbarların mühafizəsinə ciddi yanaşmalıdırlar.
Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzinə məxsus anbarda baş vermiş güclü yanğın nəticəsində ümumilikdə 13 nəfər xəsarət alıb. Vəziyyəti ağır olan 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üç şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. 10 nəfərə isə hadisə yerində təcili tibbi yardım briqadası tərəfindən tibbi yardım göstərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya