"Təhlillər göstərir ki, qəzalara əsas səbəb sürət həddinin aşılmasıdır" - Nəqliyyat eksperti
Şəymən Bayramova
12:15 26.05.2020
Hadisə
852
Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində 4 hərbi qulluqçu, 1 mülki şəxs həyatını itirib. Yaralılardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti orta-ağır qiymətləndirilir.
Fövqəladə Hallar Nazirliyinin xəbərinə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Qeyd edək ki, ölənlər "Saipa"nın sürücüsü və sərnişinləri olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Ölkə ərazisində baş verən və insan ölümü ilə nəticələnən dəhşətli qəzalarla bağlı Sherg.az-a danışan Avtosfer.az-ın rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı qəzaların baş vermə səbəblərinin müxtəlif olduğunu deyib. Ekspertin sözlərinə görə, hər bir hadisə ayrı-ayrılıqda təhlil olunmalıdır:
“Ağır yol- nəqliyyat hadisələri ilə bağlı aparılan təhlillər göstərir ki, əsas səbəb sürət həddinin aşılmasıdır. Eyni zamanda ötmə və manevr qaydalarının pozulması, sürücülərin əks istiqamətli yola çıxması və yolayrıcının keçilməsi qaydaları da da əsas səbəblərə aiddir”.
Baş verən yol nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinə gəldikdə isə E. Muradlı deyib ki, qəzalarda ölüm sayının çox olması, bir maşında olan 4-5 nəfərin həyatını itirməsi xeyli düşündürücü və narahatlıq doğuracaq qədər ciddi problemdir:
“Ola bilsin ki, avtomobilin texniki parametrlərinin zəif olması kütləvi ölüm hallarına səbəb olur. Saz vəziyyətdə, təhlükəsizlik elementləri yüksək olan avtomobil qəzaya uğrasa, maşında olan sərnişinlərin dünyasını dəyişmə riski az olar. Avtomobilə ciddi zərər dəysə belə, sərnişinlər yüngül və ya nisbətən ağır xəsarətlərlə xilas ola bilirlər. Təhlükəsizlik elementləri normal vəziyyətdə olmayan avtomobillər qəzaya düşdükdə, ölüm riski artır. Xüsusən də, təhlükəsizlik kəmərindən istifadə sürücü və sərnişinin həyatı üçün mühüm faktordur. Kəmər 70-80 faiz qəzalarda ölümdən xilas imkanı yaradır”.
Son zamanlar ölkədə baş verən ağır yol qəzalarının artdığını təəssüflə qeyd edən E. Muradlı hesab edir ki, çoxsaylı insan tələfatına səbəb olan bu cür hadisələrin səbəbləri dərindən araşdırılmalı və təbliğat məqsədi ilə ictimaiyyətə açıqlanmalıdır ki, yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşan insanlar nəticə çıxarsınlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi