Tovuz rayonunda toy məclisində kütləvi dava olub.
Sherg.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndindəki şadlıq evində ofsiantlar arasında baş verib.
Dava zamanı 1998-ci il təvəllüdlü Nihad Hüseynov bıçaqlanıb. Təcili xəstəxanaya çatırlan yaralı əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hazırda polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirir.
Faktla bağlı araşdırmalar davam edir.