Naxçıvanda deputatın düşdüyü qəzanı videogörüntüləri yayılıb - YENİLƏNDİ

Naxçıvanda gecə saatlarında deputatın düşdüyü qəza ilə bağlı videogörüntülər yayılıb.

Teleqraf-ın yerli bürosu, həmin videogörüntüləri təqdim edir.

Qeyd edək ki, gecə saatlarında Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü kapitan Hüseynalı Hüseynalıyev həyatını itirib.

Xəsarət alanlardan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu isə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Qəzaya düşənlər Vətən müharibəsi qaziləridir. Xəsarət alan Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

VİDEO burda:

****

03:38

Naxçıvan-Ordubad magistral yolunun Ordubad rayonunun Aşağı Əylis kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü kapitan Hüseynalı Hüseynalıyev həyatını itirib.

Xəsarət alanlardan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu isə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Qəzaya düşənlər Vətən müharibəsi qaziləridir. Xəsarət alan Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.