"Türkiyəli həkim də Ləmanın vəziyyəti barədə ümidverici fikirlər bildirib" - Xəyalə Rəis

“Ləman Qulamovanın müalicəsi Yeni Klinikanın Reanimasiya şöbəsində davam etdirilir”. 

Bu barədə “Sherg.az” a açıqlamasında jurnalist Xəyalə Rəis məlumat verib. O, deyib ki, Ləman süni tənəffüs aparatına qoşulub və ağciyər göstəricilərində müsbət dinamika müşahidə olunur:

"Yeni Klinikanın peşəkar komandası və Ləmanın həkimi Emil bəy qızımızın qayğısına qalır. Dünən Türkiyədən tanınmış bir həkim də Ləmanın vəziyyətini qiymətləndirib və ümidverici fikirlər bildirib. Biz Yeni Klinikanın və Ləmanın həkiminin verdiyi həmin ümidli sözlərə inanırıq. Ləman üçün dua edirik.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Ləman Qulamova Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yağın nəticəsində dünyasını dəyişən Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır. Yanğın nəticəsində üç nəfər, o cümlədən Könül Vəlibəyli vəfat edib.