Uşaqlar sağdır? - İzlər 17 gün sonra tapıldı
Yusif Nəzərli
09:58 19.05.2023
Hadisə
599
Amazondakı təyyarə qəzasında itkin düşmüş uşaqların 17 gün sonra izinə düşülüb. Bu barədə Kolumbiya dövlət başçısı Gustavo Petro xalqa məlumat verib. Lakin ordu rəsmilərindən fərqli açıqlama gəlib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, salonunda azyaşlı 4 uşağın da olduğu kiçik təyyarə Amazon meşəliyində qəzaya uğradıqdan sonra itkinlərin axtarışlarına başlanılıb. Kolumbiya ordusu əsgərlərinin, həmçinin könüllülərin də qoşulduğu axtarışlar uzun müddət bir nəticə verməyib. Bu günlərdə isə axtarış-xilasetmə qrupu yetişkin 3 nəfərin cəsədini aşkarlayıb. 11 aylıq, 4, 9 və 14 yaşlarında 4 uşağın tapılması üçünsə axtarışlar davam edir.
Uşaqların tapılması xəbərini xalqa çatdıran Kolumbiya Prezidenti G.Petronun açıqlamasını isə axtarışlarda iştirak edən ordu mənsubları təkzib edib. Məlumatlarda uşaqların sadəcə izinə düşüldüyü bildirilib. Amazon meşələri yüksək ağaclar, sıx kollardan ibarətdir. Belə şəraitdə itkinlərin tapılması çox çətindir. Bununla belə axtarış qrupu bəzi nişanələr tapa bilib. Aşkarlanmış cəsədlərin yaxınlığında yeyilmiş meyvə qalıqları, daldalanmaq ağac yarpaqları ilə örtülü kiçik sığınacaq və bir əmzik də təsbit edilib. Yerli xalq isə meşədəkilərə səslənərək dərinliklərə doğru hərəkət etməmək, olduqları yerdə qalmaq mesajı verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq