Xaçmazda itin dişlədiyi uşaq Bakıya göndərildi
12:25 23.05.2020
Hadisə
748
Xaçmaz şəhərində azyaşlı qızı it dişləyib.
Oxu.Az xəbər verir ki, bu barədə fotolar sosial şəbəkədə paylaşılıb.
İlkin ehtimallara görə, Fidan adlı uşağa küçə itləri hücum edib. Lakin, ərazidə yaşayan sakinlər uşağa hücum edən heyvanın küçə deyil, boynunda zəncir olan ev iti olduğunu deyirlər.
Məsələ ilə bağlı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Səyyaf Tağıyev ilə əlaqə saxladıq. Baş həkiminin Oxu.Az-a verdiyi məlumata görə, hadisə ötən gün qeydə alınıb:
“Ötən gün Fidan adlı azyaşlı qız uşağı it dişləməsi ilə xəstəxanaya gətirilib. Həkimlər tərəfindən uşağa ilkin baxış keçirilib, zəruri tibbi yardım göstərildikdən sonra Bakıya göndərilməsinə qərar verilib”.
“Son bir neçə gün ərzində it dişləməsi ilə bağlı biri qadın, biri azyaşlı oğlan uşağı olmaqla daha iki nəfər müraciət edib. Qadına ilkin müdaxilə edildikdən sonra evə buraxılıb. Uşaq isə müalicəsini davam etdirir”, - deyə baş həkim əlavə edib.
Xatırladaq ki, mayın 21-də Xaçmazda daha üç nəfər azyaşlını sahibsiz it dişləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi