Yeni su mənbələri çoxdan tapılmalı idi
Yusif Nəzərli
21:18 27.01.2023
Hadisə
590
Kür çayı həm Ermənistan, həm də Gürcüstan tərəfindən zərərli qatqılarla çirkləndirilir
Mirvari Qəhrəmanlı: “Bununla bağlı Parlamentdə müzakirələr planlaşdırılırsa, mütəxəssisləri cəlb etsinlər”
Milli Məclisdə içməli su problemi, suyun keyfiyyəti və onun təmizlənməsi texnologiyaları barədə müzakirələr təşkil ediləcək. Bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin yaz sessiyası üzrə İş planına daxil edilib. İş planına həmçinin suvarma mövsümünə hazırlıq işlərinə dair müzakirələr daxil edilib. Bundan əlavə, komitə ekologiya sahəsində ixtisaslaşmış QHT ilə görüşlərin və müzakirələrin aparılmasını, Cop 27-nin nəticələri və Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı müzakirələrin keçirilməsini nəzərdə tutur.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı “Şərq”ə açıqlamasında bildirdi ki, Azərbaycan Dövlət Neft Fondunun büdcəsi hesabına Oğuzdan Bakıya su kəməri çəkilib. Kəmərin çəkilişi 450 mln. manata nəzərdə tutulsa da, sonra da 300 milyon. manat əlavə vəsait ayrıldı və kəmər 920 milyon manata başa gəldi:
- Kəmər Bakı və onun rayonlarını 24 saat içməli su ilə təmin etməli idi. Lakin verilən vədlər yerinə yetirilmədi. Oğuzdan gələn suyun hamısı əhaliyə verilmədi. Səlahiyyətli şəxslər dəfələrlə bəyan ediblər ki, Oğuzdan gətirilən suyun tərkibi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyənləşdirilən standartlara tam uyğundur. Amma ölkədə istifadə olunan içməli su təmiz deyil.
Ev şəraitində də təmizlənmədəm istifadəsi insan orqanizmi üçün ziyanlıdır. İçməli su kimi əhali əsasən Kür çayından verilən sudan istifadə edir. Kür çayı həm Ermənistan, həm də Gürcüstan tərəfindən zərərli qatqılarla çirkləndirilir. Azərbaycan hökuməti hələ uzun illər öncə əhalinin sağlamlığının qorunması məqsədilə proqram qəbul etməli, yeni su mənbələri tapmalı, ekoloji çirklənmənin qarşısını almalı idi.
Çaylarımıza Ermənistan tərəfindən radioaktiv maddələr axıdılır. Suyun keyfiyyəti necə normal ola bilər? Bununla bağlı parlament müzakirələr aparılmasını planlaşdırırsa, mütəxəssisləri cəlb etsinlər, suyun keyfiyyətinin yaxşılaşdırılması üçün hansı əməli işlər görülməli olduğunu açıqlasınlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət