
Zəlzələ zamanı nə etməli? - İZAH
Yusif Nəzərli
12:19 08.02.2023
Hadisə
718
"Heç kim təbii fəlakətlər və təbiət hadisələrdən sığortalanmayıb".
Bunu "Sherg.az"a təhlükəsizlik eksperti Elmar Nurəliyev “Zəlzələ zamanı nə etməli, necə davranmalı?” sualına cavab verərkən deyib. Mütəxəssisin sözlərinə görə, müəyyən tədbirlər görməklə baş verə biləcək qəzalar, təbiət hadisələrindən minimal zərərlə qurtulmaq mümkündür:

"Ona görə də hər kəsin təbiət hadisəsi zamanı nə etməli, necə davranmalı olduğuna dair ilkin məlumatlar alması vacibdir. Zəlzələlər təbii fəlakətlərin ən dəhşətlisidir. Daha çox dağıdıcılıq qabiliyyətinə malikdir və insanlara zərər verir. Zəlzələ zamanı nə etmək lazım olduğu barədə insanlar maarifləndirilməlidir.
Eyni zamanda həmin ərazidə tikiləcək bütün infrastrukturun təhlükə riskinə uyğun olaraq, hesablanıb, planlaşdırılıb, inşası həyata keçirilməlidir. Zəlzələ vaxtı yüksək mərtəbəli evdə olan insanlar birinci növbədə, vəziyyəti qiymətləndirməlidir. Dağıntılar yoxdursa və ya yüngüldürsə, dərhal özü üçün təhlükəsiz yer seçib, orada daldalanmalıdır.
Təhlükəsiz yeri də zəlzələ anında seçmək, qərar vermək çox çətin olduğu üçün həmin anda yox, öncədən müəyyənləşdirilməlidir. Evdə təhlükəsiz yer qapı arakəsmələrinə düşən hissədir.
Sonradan layihəyə müdaxilə olunubsa, qapının yeri dəyişdirilibsə, əlbəttə, həmin yer etibarlı sayılmır. Qapı arakəsməsində çömbəlmək və ya stolun da altına girmək olar. Yaxud bir şkafın da içərisinə girmək mümkündür. Lakin üzərinə suviner kimi əşyalar qoyulan mebellərdən uzaq durmaq lazımdır.
Əks halda, əşyalar insanın üstünə düşə bilər və bədbəxt hadisə yaşanar. Bəzən uşaqların çarpayısını pəncərənin önünə qoyurlar. Bu cür vəziyyətlərdə pəncərə şüşələrinin qırılıb, adamın üzərinə düşməsi belə fəlakətlə nəticələnə bilər.
Ona görə də hər kəs əvvəlcədən evdə özünə təhlükəsiz yer müəyyənləşdirilməlidir. Çoxmənzilli yaşayış binalarının sakinləri zəlzələ zamanı evi tərk edəndə pilləkən qəfəslərdən istifadə etməlidir. Liftlə enmək əsla olmaz. Eyni zamanda evdən çıxarkən mümkündürsə, su, qaz, işıq təsərrüfatını bağlamaq vacibdir. Həmçinin evdən gedərkən hər bir şəxs təbii fəlakətlərdən əvvəl özü üçün çanta hazırlamalıdır.
Onu elə yerə qoymalıdır ki, zəlzələ anında asanlıqla götürüb, çıxa bilsin. Əl çantasında mütləq qaydada ilk tibbi yardım üçün dərman ləvazimatları olmalıdır. Bundan başqa, fənər, fit, sənədlər, pul və mütləq qaydada bir neçə günlük qida olmalıdır. Zəlzələ zamanı ilkin davranış qaydalarını bilmək və ona əməl etmək insanların daha az zərərlə qurtulmasına kömək edəcək".
Qeyd edək ki, zəlzələ zamanı nə etməli, necə sağ qalmalı olduğumuzu bilməliyik. Bu barədə məlumatlı olmaq insanı baş verə biləcək təbii fəlakətlərdən qoruyar. Əks halda, faciə qaçılmazdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi