Zərərçəkmiş: Ermənistan silahlı qüvvələri mülki şəxsləri mühasirəyə salıb məhv etdilər
11:57 12.05.2025
Hadisə
321
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun Başlıbel kəndinin əhalisinin məhv edilməsi zamanı zərərçəkmiş şəxs Elşad Alışov ifadə verib.
APA xəbər verir ki, E.Alışov Kəlbəcər işğal olunandan sonra Başlıbeli tərk etmək məcburiyyətində qaldıqlarını, bu zaman anası, bacısı, balaca qardaşı, əmisi qızları və əmisi gəlini ilə birlikdə maşınla Tunel istiqamətindən rayonu tərk etmək istədiklərini deyib.
“Ermənilər bütün tuneli mühasirəyə almışdılar. Oradan keçərkən maşınımızı atəşə tutdular. Nəticədə anam ayağından yaralandı, güllə bacımın ağzının içindən girib o biri tərəfdən çıxmışdı. Anamı kürəyimə alıb təxminən 300 metr apardım, amma qardaşımı və digərlərini çıxara bilmədim. Onlardan indiyədək xəbər yoxdur”, - deyə E.Alışov bildirib.
Yola qonşuları Yusiflə birgə çıxdıqlarını bildirən zərərçəkmiş şəxs onların olduğu maşının vurulduğunu da diqqətə çatdırıb. O, daha sonra deyib: “Yusif maşından 50-60 metr kənarda yaralı idi. Onun qardaşı ölmüşdü, həyat yoldaşı və bacısı qızı isə yaralı idi”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə
Tehrana görünməmiş zərbələr endirilir
11:32 23.03.2026
Region
Təbriz bombardman edildi - Ölənlər var
11:24 23.03.2026
Gündəm