Çörək ucuzlaşıb, ət bahalaşıb - Statistika
Yusif Nəzərli
09:31 12.07.2023
Cəmiyyət
437
2023-cü ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 112,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 115,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,5 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən (DSK) Bakupost.az -a verilən məlumata görə, 2023-cü ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 110,6 faiz təşkil edib.
2023-cü ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 97,9 faiz, əvvəlki ilin iyun ayına nisbətən 111,5 faiz təşkil edib.
Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, çörəyin, unun, təzə balığın, sterilizə olunmuş üzlü südün, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, əriyin, gilasın, çiyələyin, bananın, xiyarın, pomidorun, bibərin, badımсanın, göy lobyanın, sarımsağın, soğanın, kartofun, yerkökünün, mərcinin, bahalaşma isə əsasən yumru düyünün, mal və qoyun ətinin, xamanın, zeytun yağının, limonun, kələmin, çuğundurun, şəkər və şəkər tozunun, kola içkisinin, limonadın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2023-cü ilin iyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 110,3 faiz təşkil edib. İyun ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən velosipedlərin, sabunların, şampunların, ucuzlaşma isə kəsilmiş taxtaların, yazı kağızlarının və planşet tipli kompüterlərin qiymətlərində müşahidə olunub.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2023-cü ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 109,8 faiz təşkil edib.
İyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma və minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi xidmətlərinin qiymətlərində, ucuzlaşma isə respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya