Səudiyyə Ərəbistan səfiri Mətbuat Şurasında olub
17:40 31.01.2024
Media
915
Bu gün Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Mətbuat Şurasında olub.
525.az xəbər verir ki, qonağı salamlayan MŞ sədri Rəşad Məcid ona rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Sonra Şura sədri ötən il Səudiyyə Ərəbistanında keçirilmiş media forumu ilə bağlı təəssüratlarını bölüşüb. O, tədbirin yüksək səviyyədə təşkil olunduğunu, orada hazırda medianı qlobal miqyasda maraqlandıran bütün məsələlər ətrafında geniş və məzmunlu müzakirələrin aparıldığını vurğulayıb. R.Məcid, eyni zamanda, Azərbaycan mediasının Səudiyyə Ərəbistanı, habelə ölkənin media nümayəndələri ilə təmaslarının güclənməsinin vacibliyindən söz açıb.
Səfir İssam bin Saleh əl-Cuteyli də Səudiyyə Ərəbistanındakı jurnalistlərlə Azərbaycanın media təmsilçiləri arasında əlaqələrin inkişafının vacibliyini vurğulayıb. O, bunu hər iki ölkənin xalqlarının bir-birinə yaxınlaşması baxımından mühüm məqam kimi önə çəkib. Səfir qarşılıqlı media təmaslarının məlumat və təcrübə mübadiləsi baxımından zəruriliyə toxunaraq bildirib ki, rəhbərlik etdiyi ali diplomatik missiya səudiyyəli jurnalistlərin Azərbaycana səfərinin təşkili istiqamətində fəaliyyətə başlayıb, səfərin gerçəkləşəcəyinə, səmərəli nəticələr verəcəyinə inamını ifadə edib.
Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət