AZAL-da aviasiya təhlükəsizliyi sahəsində xidmətə qəbul proseduru dəyişib
Yusif Nəzərli
18:57 09.03.2024
Aktual
465
Nazirlər Kabineti “Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası”nda dəyişiklik edib.
Trend-in məlumatına görə, Qaydaya əsasən, aviasiya təhlükəsizliyi sahəsində xidmətə qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər anket məlumatları, fiziki hazırlıq və sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra aşkarlıq şəraitində müsahibədən keçirilirlər.
Müsahibə barədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (“AZAL” QSC) 1 ay əvvəldən öz rəsmi internet saytında, həmçinin mediada elan verir və sənədlərin qəbulunu həyata keçirir.
Müsahibəni “AZAL” QSC tərəfindən yaradılmış komissiya həyata keçirir. Komissiya sədr, katib və 5 (beş) üzvdən ibarət olmaqla yaradılır. Komissiyanın tərkibinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) 1 nümayəndəsi daxil edilir. Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısı komissiyanın sədri tərəfindən “AZAL” QSC-nin rəhbərinə təqdim edilir.
İndiyə qədər namizədin işə qəbul edilməsi barədə yekun qərarı “AZAL” QSC-nin rəhbəri qəbul edib və 3 ay sınaq müddəti müəyyən edilməklə, onunla əmək müqaviləsi bağlayıb. Dəyişikliyə əsasən, 3 ay sınaq müddəti ləğv edilib. Beləliklə, namizədin işə qəbul edilməsi barədə yekun qərarı “AZAL” QSC-nin rəhbəri qəbul edəcək və onunla əmək müqaviləsi bağlayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi