
Ermənistan göstərdi ki, atəşkəsi pozan tərəf özləridir- RƏY
Yusif Nəzərli
14:28 12.04.2024
Gündəm
608
Azərbaycan sərhədçisinə atəş açmış hərbçilərə cinayət işinin açılması müsbət hadisədir
Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti erməni sərhədçilərini aprelin 10-da Sünikdə (Zəngəzur) Nerkin Xndzoresk kəndi yaxınlığında atışmaya səbəb olan qaydaları pozmaqda ittiham edib.
Sərhədçilər tərəfindən bir sıra hərbi xidmət qaydalarının aşkar şəkildə pozulması faktı ilə bağlı cinayət işi başlandığı bildirilir.
Göründüyü kimi Ermənistan tərəfindən Azərbaycan sərhədçisinə atəş açmış hərbçilərə cinayət işinin açılması Azərbaycanın növbəti qələbəsidir. Bakı başqa addımlar da ata bilərdi. Amma gözlənti o idi ki, Ermənistan insidenti araşdırsın və nəticəsini bəyan etsin.
Qeyd edək ki, son 6 ay ərzində sərhəddə iki dəfə insident baş verib. Hər ikisi Fransanın təhriki ilə olub. Bakının son davranışı, səbri bir daha onu göstərir ki, Azərbaycan-Ermənistan münasibətlərinə qarışan olmasa məsələlər normal məcrasında həll oluna bilər. Və nə qədər ki İrəvan Qərbdən gələn sifarişləri yerinə yetirəcək, bir o qədər də "öz quyusunu" qazmalı olacaq. Halbu ki, dünyanın indiki qaynar qazana döndüyü bir vaxtda sülh, əmin amanlıq, qonşularla əməkdaşlıq İrəvana hava-su kimi gərəkdir.
Azərbaycanın növbəti hümanist addımını “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Mübariz Göyüşlü söyləyib ki, Ermənistan tərəfindən Azərbaycan sərhədçisinə atəş açmış hərbçilərə cinayət işinin açılması təqdirəlayiq haldır:

“Bununla Ermənistan göstərdi ki, atəşkəsi pozan tərəf özləridir. Yəni Azərbaycan ordusu atəşkəs rejiminə sadiqdir. Eyni zamanda xalqımız hümanizm, ordumuz isə təmkin göstərir. Amma bu hal sonuna qədər belə davam etməyəcək. Ermənistan hökuməti Azərbaycan dövlətinin nələrə qadir olduğunu yaxşı bilir. Ona görə də atəş açmış şəxsləri cəzalandırmağı öz üzərinə götürməklə doğru addım atır. Əks təqdirdə həmin hərbiçiləri Azərbaycan ordusu cəzalandıra bilər. Bu Azərbaycanın növbəti qələbəsi və ordusunun gücüdür. Ermənistan Fransa kimi təxribatçıların çağırışlarına fikir verməməlidir. Rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmağa çalışmalıdır. Ermənistanın yeganə çıxış yolu budur. Paşinyan boş-boş bəyanatlar vermək əvəzinə ciddi şəkildə dövlət və ordu daxilində nəzarəti ələ almaq üçün addımlar atmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya
İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə gəlib
10:27 08.10.2026
Gündəm
İstanbulda binanın dağıntıları altından 5 nəfər xilas edilib
10:06 08.10.2026
Hadisə
İçində 110 nəfərin olduğu təyyarəni ildırım vurdu
09:52 08.10.2026
Hadisə
Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?
09:42 08.10.2026
Dünya