
ABŞ-nin "Cənubi Qafqaz ssenarisi" fiaskoya uğrayıb -Analitik
ABŞ-nin "Cənubi Qafqaz ssenarisi" fiaskoya uğrayıb -Analitik
Yusif Sultanoğlu
05:36 08.05.2024
Siyasət
423
Gürcüstanda "xarici agent qanunu" ilə bağlı müzakirələr, Ermənistanda isə Paşinyanın ictimai nüfuzunu ciddi şəkildə itirməsi bunun əyani sübutudur
"“Xarici agentlər haqqında” qanun layihəsi yenidən Gürcüstanda daxili gərginliyi artırıb". Okeanın o tayı və "qoca qitə"dən agent idxalına qarşı gürcü siyasi elitasının "stop qoymaq" qərarına birincilər bu dəfə də emissarları vasitəsilə "azadlıq tələbi" ilə qarşılıq verirlər".
Bu sözləri "Sherg.az"a siyasi şərhçi Azər Niftiyev deyib.
Ekspert bildirib ki, "məxməri inqilab"dan sonra qonşu Gürcüstanı yenə vətəndaş itaətsizliyinə sürükləyən "azadlıq aşiqləri" əsl niyyətini çox gözlətmədilər:
"Amerikanın Gürcüstandakı səfiri Robin Dunniqanın "Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan da imtina edib” mesajı Birləşmiş Ştatların "agent şəbəkəsi" ilə əlaqədar dərin təşviş və narahatlığının təzahürüdür. Gürcüstanın qarşısında isə konkret tələb qoyulur - “Xarici agentlər haqqında” qanunun qəbulundan imtina edirsiniz, "yaxanızı buraxırıq". Saakaşvilinin çiyinləri üzərində Gürcüstana "qədəm qoyan" Qərb ötən dövr ərzində ölkədə ciddi "agent şəbəkəsi"ni formalaşdırmağa müvəffəq olub. Saakaşvili isə həbsxanada köməksiz durumda tək buraxılıb - çünki ABŞ-də onun "missiyasını" bitmiş sayırlar. Gürcüstan artıq Avropa İttifaqına namizəd statusundan məhrum olunacağı ilə hədələnir. Ukrayna və Gürcüstanda baş verən hadisələr ABŞ və Qərbin "demokratiya", "insan haqları" adı altında postosvet məkanını hansı bəlalara sövq etməsinin bariz nümunəsidir. Təkcə postsovet məkanı deyil - İraq, Liviya, Suriya, Əfqanıstan".

Analitik vurğulayıb ki, analoji proseslər Ermənistanda da həyata keçirilir:
"Paşinyanın hakimiyyətə gəlişindən sonra ruporluq səmtini Qərbə tərəf dəyişən rəsmi İrəvan ölkəsini və regionu fəlakətlərə sürükləməyə çalışır. Görünən odur ki, ABŞ-nin "Cənubi Qafqaz ssenarisi" fiaskoya uğrayıb. Gürcüstanda "xarici agent qanunu" ilə bağlı müzakirələr, Ermənistanda isə Paşinyanın ictimai nüfuzunu ciddi şəkildə itirməsi bunun əyani sübutudur. Azərbaycan isə regionun lider dövləti olaraq tarixi Zəfərlərə imza atır, dünya qütbləri arasında kəskin qarşıdurma fonunda öz müstəqil və balanslaşmış diplomatik siyasətini davam etdirir. 700 min gürcü və milyonlarla erməninin öz dövlətlərini tərk etdiyi bir şəraitdə ölkəmizin rolu və iştirakı olmadan heç bir regional layihə uğur qazanmır. Beynəlxalq münasibətlər sistemində formalaşmış "Azərbaycan modeli"nə Gürcüstan da keçid edir və Qərbin orbitindən uzaqlaşır. Növbədə isə Paşinyan və onun idarə etdiyi Ermənistandır. Bu, bir daha təsdiq edir, milli maraqlara söykənən müstəqil siyasət kursunun alternativi yoxdur!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq
14:46 02.10.2026
Gündəm
Ağdamda 15 yaşlı qız itkin düşüb
14:41 02.10.2026
Gündəm
Ohanyan saxlanıldı
14:40 02.10.2026
Region
Çinin Azərbaycana strateji dəstəyi genişlənir - ŞƏRH
14:35 02.10.2026
Gündəm
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə