Qazaxıstanlı nazir: COP29-da yaşıl maliyyələşdirmə ilə bağlı razılıq əldə olunacağına ümid edirik
Yusif Nəzərli
06:53 16.11.2024
COP29
361
СOP29 tədbiri çərçivəsində yaşıl maliyyələşdirmə şərtləri ilə bağlı razılığın əldə olunacağı gözlənilir.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Yerlan Nyssanbayev bildirib.
“Ümumiyyətlə, düşünürəm ki, ən vacib gözlənti nəhayət yaşıl maliyyənin məqsədlərini müəyyən etməkdir. Yaşıl maliyyələşdirmə ətrafında çoxlu suallar və müzakirələr var. Burada görürük ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında müxtəlif fikirlər var, lakin prinsipcə bizim bütün işlərimizi və ölkələrin nəticələrini əvvəlcədən müəyyən edən əsas məsələ, təbii ki, yaşıl maliyyələşdirmədir. Ümid edirik ki, COP29-da yaşıl maliyyələşdirmə şərtləri ilə bağlı razılıq əldə olunacaq, bu, əsas məsələdir”, - nazir qeyd edib.
Qazaxıstanın COP29-da iştirakdan gözləntilərindən danışan nazir bildirib ki, tədbir çərçivəsində Qazaxıstan bir sıra layihələr və məsələlər üzrə sənədlər imzalayıb. Belə ki, bərpa olunan enerji mənbələrinin inkişafı üzrə “Masdar” şirkəti ilə 1 QVt-lıq, “Acwa Power” şirkəti ilə 1 GVt-lıq və Çin tərəfi ilə isə i 1,7 GVt-lıq güclərin yaradılması ilə bağlı müqavilələr imzalayıb.
“Strateji məqsədlərimizi nəzərə alaraq, karbon neytrallığına nail olmaq strategiyamızın bir hissəsi olaraq 2060-cı ilə qədər emissiyaları xalis sıfıra çatdırmağı öhdəmizə götürmüşük. Hazırda bizdə elektrik enerjisi istehsalının ümumi həcmində bərpa olunan enerji mənbələrinin cəmi 7%-i var. Lakin 2030-cu ilə qədər bu rəqəmin 15%-ə, 2040-cı ildə 30%-ə, 2050-ci ilə qədər isə 50%-ə çatdırılması planlaşdırılır”, - nazir qeyd edib.
Bununla yanaşı, nazir Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə bir sıra sənədlərin imzalanmasını qeyd edib bildirdi ki, bu, sənədlər tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə və dərinləşməsinə xidmət edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol