Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulur
Yusif Nəzərli
07:30 04.12.2024
Elm və Təhsil
667
2026-cı ilin sentyabr-oktyabr aylarına qədər 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulur.
APA xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutunun tərəfdaşlığı ilə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda deyib:
"Qalan hissə ilə bağlı planlarımız var. Əgər pilot layihələr uğurlu olarsa, həmin yerlərin sayını artırmaq daha asan olacaq. Çünki artıq müəyyən bir modelimiz var və bu model sınaqdan keçib uğurlu nəticə göstərdikdə, genişləndirilməsi daha rahat olacaq".
O əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə yeni inşa edilən məktəbəqədər təhsil müəssisələri də bu rəqəmlərin artmasına töhfə verəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya