Əsəd Türkiyədən İrana şikayət edib: Hakan Fidan Araqçının cavabını verib
Yusif Nəzərli
11:34 15.12.2024
Siyasət
442
Suriyanın devrilmiş lideri Bəşər Əsədin müxalifətə dəstək verdiyi üçün Türkiyədən İrana şikayət etdiyi iddia edilib.
Sherg.az xəbər verir ki, Britaniya mətbuatına danışan iki İran rəsmisi Əsədin İran xarici işlər nazirinə Türkiyədən şikayət etdiyini və Türkiyənin sünni üsyançılarını fəal şəkildə dəstəklədiyini bildirib.
Qeyd edək ki, Heyət Təhrir Şam (HTŞ) başçılıq etdiyi müxalif silahlılar ötən həftə bazar günü Dəməşqi ələ keçirib və Əsədin ölkəni tərk edərək Moskvaya sığındığı öyrənilib.
Əsədin Türkiyədən İran Xarici İşlər Nazirliyinə şikayət etdiyi görüş Dəməşqin ələ keçirilməsindən bir neçə gün əvvəl baş tutub. Bildirilir ki, Əsəd bu fikirləri dekabrın 2-də Dəməşqdə İranın xarici işlər naziri Abbas Araqçı ilə görüşündə deyib.
Əsəd bu görüşdə Türkiyənin onu devirmək üçün sıx səylər göstərdiyini bildirib. Bu zaman Əraqçi Əsədi İranın dəstəyinin davam edəcəyinə inandırıb və Ankara ilə məsələni müzakirə edəcəyinə söz verib.
Ertəsi gün Araqçının Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşdüyü və Ankaranın üsyançıların irəliləyişini dəstəkləməsindən Tehranın dərin narahatlığını ifadə edib.
İddialara görə, görüş çox gərgin keçib.Araqçi “Türkiyənin ABŞ və İsrailin gündəmlərinə uyğun hərəkət etməsindən narahat olduğunu” ifadə edərək, Əsədin fikirini də çatdırıb.
Hakan Fidanın isə Əsədin real sülh danışıqlarına qatılmamasının və illərdir davam edən zülmkar hakimiyyətinin münaqişənin əsas səbəbləri olduğunu qeyd edib.
İngiltərə mətbuatına danışan adı açıqlanmayan türk rəsmisi Fidanın sözlərini təsdiqləyib.
Suriyada 13 ildir davam edən vətəndaş müharibəsi HTŞ-nin son 12 günlük əməliyyatından sonra Əsəd ailəsinin 54, Baas Partiyasının isə 61 illik hakimiyyətinin sdevirilməsi ilə sona çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət