Ədliyyə Nazirliyinin Probasiya xidməti BDU ilə əməkdaşlıq edəcək
Yusif Nəzərli
05:46 23.12.2024
Sosial
393
Ədliyyə Nazirliyinin Probasiya xidməti və Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, sənədi Probasiya xidmətinin rəisi Vüqar Ağayev və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev imzalayıb.
Bildirilib ki, memorandumun imzalanmasında məqsəd əməkdaşlıq, qarşılıqlı fəaliyyət və birgə layihələr vasitəsilə probasiya nəzarətində olan şəxslərin sosial-psixoloji xidmət sahəsində dəstəklənməsi və reabilitasiyasının həyata keçirilməsidir.
Memoranduma əsasən probasiya qeydiyyatında olan şəxslərə sosial-psixoloji xidmət göstərilməsi prosesinə könüllülərin fəal şəkildə cəlb olunması, maarifləndirici tədbirlərin və seminarların təşkili, müvafiq sahələrdə qabaqcıl elmi-tədris, praktiki metodların tətbiqi üzrə dərs vəsaitlərinin hazırlanması, araşdırmaların və qarşılıqlı maraq doğuran digər işlərin aparılması ilə bağlı universitet və xidmət arasında əməkdaşlıq nəzərdə tutulur.
Qeyd edək ki, tədbirdə, həmçinin BDU-nun rəhbərliyinə və professor-müəllim heyətinə Probasiya xidmətində könüllülük fəaliyyətinin dəstəklənməsi, habelə probasiya sahəsində aparılan işlər barədə ətraflı məlumat verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq